BDU “Bakı Enerji Həftəsi” çərçivəsində innovativ layihə ilə təmsil olunub
Bakı Dövlət Universiteti (BDU) “Bakı Enerji Həftəsi” çərçivəsində təşkil olunan “Central Asia Energy Transition Investment Forum”un ikinci günündə innovativ layihə ilə təmsil olunub Bu barədə AZƏRTAC-a BDU-nun İctimaiyyətlə əlaqələr və informasiya şöbəsindən məlumat verilib Bildirilib ki, Beynəlxa

Bakı Dövlət Universiteti (BDU) “Bakı Enerji Həftəsi” çərçivəsində təşkil olunan “Central Asia Energy Transition Investment Forum”un ikinci günündə innovativ layihə ilə təmsil olunub Bu barədə AZƏRTAC-a BDU-nun İctimaiyyətlə əlaqələr və informasiya şöbəsindən məlumat verilib Bildirilib ki, Beynəlxalq Bərpa Olunan Enerji Agentliyi (IRENA) və İƏT regionu üçün Təmiz Enerji Mərkəzinin (CECECO) təşkilatçılığı ilə xüsusi panel sessiyası keçirilib. Sessiya çərçivəsində BDU-nun doktorantı, Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzinin (TETYM) əməkdaşı İmran Bayramov “Clean-Charge” EkoEnerji məntəqəsi layihəsi ilə bağlı təqdimat edib Təqdimatda bildirilib ki, elektrikli nəqliyyat vasitələrinin sayının artması fonunda hazırlanmış “Clean-Charge” layihəsi enerji təchizatı və ekoloji təmiz enerji istehsalı sahəsində innovativ həll kimi nəzərdə tutulub. Layihə elektrik enerjisinin istehsalında təbii qaz və kömür kimi yanacaqların üstünlük təşkil etməsindən irəli gələn dolayı karbon emissiyalarının azaldılmasına töhfə verməyi hədəfləyir Qeyd olunub ki, elektrikli avtomobillər istismar zamanı birbaşa emissiya yaratmasa da, istifadə etdikləri enerjinin mənbəyindən asılı olaraq onların karbon izi bəzi hallarda ənənəvi daxiliyanma mühərrikli nəqliyyat vasitələrinin göstəricilərinə yaxınlaşa bilir. Bu baxımdan “Clean-Charge” layihəsi beynəlxalq standartlara cavab verən AC tipli enerji doldurma infrastrukturu, müasir elektrik sistemləri və ildırımdan mühafizə texnologiyaları ilə təchiz olunmuş təhlükəsiz, etibarlı və dayanıqlı enerji həlli kimi təqdim edilib Təqdimat tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb, layihənin yaşıl nəqliyyat infrastrukturu və dayanıqlı enerji həlləri sahəsində tətbiq perspektivləri müzakirə olunub Forum çərçivəsində BDU nümayəndəsi müxtəlif ölkələrdən olan ekspertlər, tədqiqatçılar və enerji sektoru təmsilçiləri ilə görüşərək universitetin elmi-tədqiqat və innovasiya fəaliyyəti barədə fikir mübadiləsi aparıb 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


