Tenqri
Ana Səhifə
Dünya

Banqladeş Xalq Respublikasının Prezidenti Məhəmməd Şahabuddindən

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə Azərbaycan Respublikasının milli bayramı - Müstəqillik Günü münasibətilə Sizə Banqladeş xalqı adından və şəxsən öz adımdan ən səmimi təbriklərimi çatdırmaqdan şərəf duyuram Bu əlamətdar gün Azərbaycan xalqının qətiyyətinin, mət

0 baxışazertag.az
Banqladeş Xalq Respublikasının Prezidenti Məhəmməd Şahabuddindən
Paylaş:

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə Azərbaycan Respublikasının milli bayramı - Müstəqillik Günü münasibətilə Sizə Banqladeş xalqı adından və şəxsən öz adımdan ən səmimi təbriklərimi çatdırmaqdan şərəf duyuram Bu əlamətdar gün Azərbaycan xalqının qətiyyətinin, mətanətinin və milli ruhunun qürurverici sübutudur. İllər ərzində Azərbaycan Sizin bacarıqlı rəhbərliyinizlə sosial-iqtisadi tərəqqiyə nail olmaq və beynəlxalq miqyasda mövqeyini möhkəmləndirmək istiqamətində mühüm nailiyyətlər qazanıb Banqladeş Azərbaycanla qarşılıqlı hörmətə və sülh, sabitlik, rifahla bağlı ortaq istəklərə əsaslanan dostluq münasibətlərini yüksək qiymətləndirir. Əminəm ki, ölkələrimiz arasında sıx dostluq və əməkdaşlıq əlaqələri qarşıdakı illərdə daha da möhkəmlənəcək və genişlənəcək Bu xoş fürsətdən istifadə edərək Zati-alinizə cansağlığı və davamlı uğurlar, dost Azərbaycan xalqına bundan sonra da sülh, tərəqqi və firavanlıq arzulayıram Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Kaynak: azertag.az

Diğer Haberler

Banqladeş Xalq Respublikasının Prezidenti Məhəmməd Şahabuddindən | Tenqri