Tenqri
Ana Səhifə
Siyasət

Bakı Avropanın enerji xəritəsində mövqeyini möhkəmləndirir - politoloq

BAKI, Azərbaycan, 6 may. Azərbaycan Prezidenti İlham Əliyevlə Avropa Komissiyasının vitse-prezidenti Kaja Kallas arasında keçirilən görüşü təkcə protokol əsaslı diplomatik təmas kimi deyil, həm də daha geniş geosiyasi və iqtisadi kontekstdə qiymətləndirmək lazımdır, - politoloq Azər Qarayev Trend -ə

0 baxıştrend.az
Bakı Avropanın enerji xəritəsində mövqeyini möhkəmləndirir - politoloq
Paylaş:

BAKI, Azərbaycan, 6 may. Azərbaycan Prezidenti İlham Əliyevlə Avropa Komissiyasının vitse-prezidenti Kaja Kallas arasında keçirilən görüşü təkcə protokol əsaslı diplomatik təmas kimi deyil, həm də daha geniş geosiyasi və iqtisadi kontekstdə qiymətləndirmək lazımdır, - politoloq Azər Qarayev Trend -ə bildirib O bildirib ki, Bakı Avropanın enerji xəritəsində öz mövqeyini möhkəmləndirir Onun sözlərinə görə, bu görüş Azərbaycan-Avropa İttifaqı (Aİ) əlaqələrinin hazırkı mərhələdə inkişaf etdiyi istiqamətləri və tərəflərin strateji prioritetlərini aydın şəkildə ortaya qoyur "İlk növbədə, enerji məsələsi bu münasibətlərin əsas sütunu olaraq qalır. Azərbaycanın Avropanın enerji təhlükəsizliyində artan rolu xüsusilə son illərdə ön plana çıxıb. Rusiya-Ukrayna müharibəsindən sonra Aİ-nin alternativ enerji mənbələrinə keçidi fonunda Azərbaycan etibarlı təchizatçı kimi mövqeyini möhkəmləndirib Azərbaycan qazının Almaniya və Avstriya kimi böyük iqtisadiyyatlara çatdırılması onu göstərir ki, bu əməkdaşlığın coğrafiyası genişlənir və hazırda daha dərin inteqrasiyaya doğru gedir. Bu o deməkdir ki, Bakı təkcə enerji ixracatçısı deyil, həm də Avropanın strateji enerji tərəfdaşlarından biridir”, - analitik izah edib Ə.Qarayev qeyd edib ki, bundan əlavə, görüşdə müzakirə olunan rəqəmsal transformasiya, süni intellekt, bərpa olunan enerji kimi sahələr də əməkdaşlığın yeni mərhələyə qədəm qoymasından xəbər verir "Bu istiqamətlər təsadüfi deyil. Aİ yaşıl enerji və rəqəmsal iqtisadiyyat sahəsində qlobal liderliyə can atır, Azərbaycan isə öz iqtisadiyyatını şaxələndirmək, neft və qazdan asılılığını azaltmaq niyyətindədir. Bu maraqların üst-üstə düşməsi tərəflər arasında uzunmüddətli və davamlı əməkdaşlıq üçün ciddi zəmin yaradır. Bərpa olunan enerji layihələri, xüsusən də Azərbaycanın Avropada yaşıl enerji ixracı imkanlarını gücləndirir" Təhlilçi qeyd edib ki, siyasi və təhlükəsizlik məsələləri də bu görüşün mühüm hissəsini təşkil edir "Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması və Azərbaycanın sülh gündəliyinin təşviqi istiqamətində aparılan danışıqlar Aİ tərəfindən diqqətlə izlənilir. Bu kontekstdə Avropa Siyasi Birliyinin Sammiti çərçivəsində baş verən proseslər və Prezident İlham Əliyevin videobağlantı vasitəsilə iştirakı Azərbaycanın regional diplomatiyada fəal rol oynamasından xəbər verir Azərbaycanın tranzit məhdudiyyətlərini birtərəfli qaydada aradan qaldırması iqtisadi əməkdaşlıq üçün yeni imkanlar açmaqla yanaşı, etimadın yaradılması baxımından da mühüm addım sayıla bilər”, - deyə o, aydınlaşdırıb Ə.Qarayev vurğulayıb ki, digər tərəfdən, Aİ-nin Azərbaycanda minatəmizləmə fəaliyyətinə dəstəyi humanitar və təhlükəsizlik baxımından xüsusi əhəmiyyət kəsb edir "Bu cür dəstək müharibədən sonra azad edilmiş ərazilərdə təhlükəsizliyin təmin edilməsi, məcburi köçkünlərin geri qaytarılması və infrastrukturun bərpası üçün vacibdir. TRIPP layihəsinin qeyd olunması regionda nəqliyyat və logistika əlaqələrinin inkişafına yönəlmiş daha geniş strategiyanın bir hissəsi kimi çıxış edir", - o əlavə edib

Kaynak: trend.az

Diğer Haberler