Tenqri
Ana Səhifə
Dünya

Baku Steel Company Xalça Festivalında polad sənətini təqdim etdi - foto

“Baku Steel Company” QSC 1-3 may 2026-cı il tarixlərində keçirilən III Beynəlxalq Xalça Festivalında poladın sənaye estetikası, müasir incəsənət və milli irsin motivlərini özündə birləşdirən sərgi təqdim edib Festival Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi və Azərbaycanda İxracın və İnvest

0 baxışhaqqin.az
Baku Steel Company Xalça Festivalında polad sənətini təqdim etdi - foto
Paylaş:

“Baku Steel Company” QSC 1-3 may 2026-cı il tarixlərində keçirilən III Beynəlxalq Xalça Festivalında poladın sənaye estetikası, müasir incəsənət və milli irsin motivlərini özündə birləşdirən sərgi təqdim edib Festival Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin - AZPROMO-nun dəstəyi, “Azərxalça” ASC və “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin təşkilatçılığı ilə keçirilib. Tədbirin tərəfdaşı qismində “Baku Steel Company” QSC (bundan sonra BSC) çıxış edib Bu il festivalın beynəlxalq coğrafiyası genişlənib. Ötənilki iştirakçılara - Azərbaycan, Türkiyə, Rusiya, İran, Pakistan, Özbəkistan, Türkmənistan və Gürcüstana Qırğızıstan, Mərakeş, Nepal və Meksika qoşulub Festivalın tərəfdaşı kimi BSC həmçinin Baku Steel Art Beynəlxalq Metal Simpoziumları çərçivəsində yaradılan tədbirləri dəstəkləyib: Rumıniyalı heykəltəraş Petre Virgiliu Moqosanunun “Qapalı məkanda hərəkət”, azərbaycanlı heykəltəraş Teymur Qəribovun “İntizam transformasiyanın nəticəsidir”, Leyla Qabulovanın “Səssizlik axını” və No G. Aləmşaxova Festival üçün xüsusi hazırlanmış “Polad düyünlər” instalyasiyası sərgidə ayrıca yer tutaraq həm böyüklər, həm də uşaqlar arasında maraq doğurub. Azərbaycan xalçaçılıq mədəniyyətinin Qarabağ qrupunun ən məşhur nümunələrindən biri olan Malıbəyli xalçasından ilhamlanan tapmaca formalı kompozisiya armatur konstruksiyasında yerləşmiş və ənənəvi naxışları poladın sənaye estetikası ilə birləşdirmişdir BSC-nin Beynəlxalq Xalça Festivalında iştirakı şirkətin sosial-mədəni layihələrə verdiyi önəmi, eləcə də Baku Steel Art platforması vasitəsilə sənaye və incəsənəti birləşdirən ardıcıl səylərini əks etdirir. Layihə şirkətin Azərbaycanın mədəni irsinin populyarlaşmasına və beynəlxalq səviyyədə təbliğinə verdiyi töhfəni vurğulayır “Baku Steel Company” QSC tikinti, infrastruktur və sənaye sektorları üçün yüksək keyfiyyətli polad məhsulları istehsal edən Cənubi Qafqazın ən böyük metallurgiya müəssisəsidir Ətraflı məlumat üçün: www.bakusteel.com

Kaynak: haqqin.az

Diğer Haberler