Tenqri
Ana Səhifə
Siyasət

Bakı Sıx Federasiyası kooperasiyasının etnik azlıqların hüquqlarının qorunmasına töhfə verəcəyini proqnozlaşdırır

BAKI, Azərbaycan, 3 iyun. Beynəlxalq Sıx Federasiyası ilə əməkdaşlıq etnik azlıqların hüquqlarının müdafiəsinə töhfə verəcək. Trend-in məlumatına görə, bu barədə Bakı Təşəbbüs Qrupunun icraçı direktoru Abbas Abbasov "1984-cü ilin iyunu, Amritsar hadisələri: Hindistanın etnik azlıqlara qarşı transmil

0 baxıştrend.az
Bakı Sıx Federasiyası kooperasiyasının etnik azlıqların hüquqlarının qorunmasına töhfə verəcəyini proqnozlaşdırır
Paylaş:

BAKI, Azərbaycan, 3 iyun. Beynəlxalq Sıx Federasiyası ilə əməkdaşlıq etnik azlıqların hüquqlarının müdafiəsinə töhfə verəcək. Trend-in məlumatına görə, bu barədə Bakı Təşəbbüs Qrupunun icraçı direktoru Abbas Abbasov "1984-cü ilin iyunu, Amritsar hadisələri: Hindistanın etnik azlıqlara qarşı transmilli repressiyaları" adlı beynəlxalq konfransda çıxışı zamanı bildirib Onun sözlərinə görə, son beş ay ərzində Bakı Təşəbbüs Qrupu Beynəlxalq Sikx Federasiyası ilə əməkdaşlığımız çərçivəsində iki beynəlxalq konfransı uğurla təşkil edib “Konfranslar Hindistanda transmilli repressiyalar, etnik azlıqlara qarşı ayrı-seçkilik, o cümlədən insan hüquqlarının müdafiəsi, yerli xalqların, etnik azlıqların müdafiəsində beynəlxalq təşkilatların rolu, ümumilikdə insan hüquqları kimi mühüm mövzulara həsr olunub”, - o vurğulayıb Abbasov qeyd edib ki, bundan əlavə, BMT-nin İnsan Hüquqları Şurasının Cenevrədə keçirilən 61-ci sessiyasında təqdim olunan birgə hesabat hazırlanaraq dərc edilib “Beynəlxalq Sikh Federasiyası ilə əməkdaşlığımızın etnik azlıqların hüquqlarının və insan hüquqlarının müdafiəsinə mühüm töhfə verəcəyinə qəti şəkildə inanıram”, o qeyd edib

Kaynak: trend.az

Diğer Haberler