Azər Şükürov: Ölkəmizin tikinti materialları ehtiyatları şəhərsalma siyasətinin həyata keçirilməsi üçün mühüm imkanlar yaradır
Müasir dövrdə şəhərsalma təkcə yaşayış məntəqələrinin salınması və ya yeni binaların tikintisi ilə məhdudlaşmır. Həmin anlayış ölkənin iqtisadi potensialını, təbii resurslarını, sosial inkişaf prioritetlərini və gələcək inkişaf strategiyasını özündə birləşdirən kompleks prosesdir. Bu baxımdan şəhərs

Müasir dövrdə şəhərsalma təkcə yaşayış məntəqələrinin salınması və ya yeni binaların tikintisi ilə məhdudlaşmır. Həmin anlayış ölkənin iqtisadi potensialını, təbii resurslarını, sosial inkişaf prioritetlərini və gələcək inkişaf strategiyasını özündə birləşdirən kompleks prosesdir. Bu baxımdan şəhərsalmanın uğuru ilk növbədə onun dayandığı resurs bazasından asılıdır. Həmin bazanın əsas komponentlərindən biri isə dağ-mədən sənayesidir AZƏRTAC xəbər verir ki, bu barədə texniki elmlər üzrə fəlsəfə doktoru Azər Şükürovun “Şəhərsalma və dağ-mədən sənayesi: Azərbaycanın dayanıqlı inkişaf modelində strateji əlaqə” mövzusunda məqaləsində qeyd olunub Bildirilib ki, dağ-mədən sənayesi uzun illər ərzində əsasən iqtisadiyyatın xammal istehsal edən sahəsi kimi qiymətləndirilsə də, əslində, onun şəhərsalma proseslərində rolu daha geniş və çoxşaxəlidir. Müasir şəhərlərin, yaşayış komplekslərinin, sənaye zonalarının, nəqliyyat infrastrukturunun və sosial obyektlərin inşası üçün tələb olunan əsas materialların böyük hissəsi məhz bu sahənin məhsulları hesabına əldə edilir. Bu səbəbdən şəhərsalma ölkənin mineral-xammal potensialı ilə sıx bağlı olan iqtisadi fəaliyyət sahəsidir. Hər bir yeni şəhər, yaşayış massivi və iri infrastruktur layihəsi özündə böyük həcmdə mineral resursların istifadəsini ehtiva edir “Azərbaycan zəngin təbii ehtiyatlara malik ölkələrdən biridir. Ölkəmizin müxtəlif bölgələrində tikinti materiallarının istehsalı üçün əlverişli xammal yataqları mövcuddur. Bu ehtiyatlar ölkənin şəhərsalma siyasətinin həyata keçirilməsi üçün mühüm imkanlar yaradır. Yerli mineral ehtiyatlardan istifadə tikinti layihələrinin maya dəyərini azaltmaqla yanaşı, idxaldan asılılığın azalmasına və iqtisadi təhlükəsizliyin möhkəmlənməsinə xidmət edir. Dünyada baş verən geosiyasi dəyişikliklər, qlobal təchizat zəncirlərində yaranan problemlər və nəqliyyat xərclərinin artması göstərir ki, şəhərsalmanın xarici resurslardan yüksək səviyyədə asılı olması müəyyən risklər yarada bilər. Buna görə də şəhərsalma prosesinin milli təbii ehtiyatlar əsasında qurulması strateji əhəmiyyət daşıyır. Yerli mineral-xammal bazası tikinti sektorunun davamlı fəaliyyətini təmin etməklə yanaşı, ölkənin iqtisadi müstəqilliyini də gücləndirir”, - deyə məqalədə vurğulanıb Məqalə ilə daha ətraflı link vasitəsilə tanış olmaq mümkündür 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


