Tenqri
Ana Səhifə
Siyasət

Bakı Təşəbbüs Qrupu Amritsarı Hindistanın etnik repressiya siyasətində dönüş nöqtəsi adlandırır

BAKI, Azərbaycan, 3 iyun. 1984-cü ilin Amritsar hadisələri Hindistanda etnik azlıqlara real münasibəti və yanaşmanı əks etdirdi və Hindistanda etnik azlıqlara qarşı repressiya və ayrı-seçkilik siyasətinin tarixində dönüş nöqtəsi oldu. Trend -in məlumatına görə, bunu jurnalistlərə Bakı Təşəbbüs Qrupu

0 baxıştrend.az
Bakı Təşəbbüs Qrupu Amritsarı Hindistanın etnik repressiya siyasətində dönüş nöqtəsi adlandırır
Paylaş:

BAKI, Azərbaycan, 3 iyun. 1984-cü ilin Amritsar hadisələri Hindistanda etnik azlıqlara real münasibəti və yanaşmanı əks etdirdi və Hindistanda etnik azlıqlara qarşı repressiya və ayrı-seçkilik siyasətinin tarixində dönüş nöqtəsi oldu. Trend -in məlumatına görə, bunu jurnalistlərə Bakı Təşəbbüs Qrupunun icraçı direktoru Abbas Abbasov deyib O, bunu Bakı Dövlət Universitetində keçirilən “1984-cü ilin iyunu, Amritsar hadisələri: Hindistanın soyqırım kontekstində etnik azlıqlara qarşı transmilli repressiyaları” adlı beynəlxalq konfransda çıxışı zamanı deyib İcraçı direktorun sözlərinə görə, bu hadisələrdən sonra, təəssüf ki, sikx icmasının 5 milyona yaxın üzvü ölkəni tərk etmək məcburiyyətində qalıb. Onlar öz qanuni mübarizələrinə ABŞ, Böyük Britaniya və Kanadada böyük diaspor təşkilatları yaratmaqla başladılar "Daha sonra repressiya və ayrı-seçkilik siyasəti Hindistan hökuməti tərəfindən ölkə hüdudlarından kənarda da tətbiq olunmağa başladı. Təəssüflər olsun ki, onlar dialoq və masa arxasında danışıqlar aparmaq əvəzinə, sikx icmasına qarşı transmilli repressiya siyasətinə üstünlük verdilər. Sonrakı mərhələdə bu yanaşma digər etnik azlıqlara və aşağı təbəqəyə mənsub olan insanlara da şamil olunmağa başladı" Abbasov əlavə edib ki, yeni imzalanmış memorandum Sıx Beynəlxalq Federasiyası ilə Bakı Təşəbbüs Qrupu arasında akademik səviyyədə qurulacaq əlaqələri tənzimləyəcək "Etnik azlıqların hüquqlarının müdafiəsi sahəsində əməkdaşlıq siyasi və iqtisadi sahələrlə məhdudlaşmamalıdır. Bu əməkdaşlıq elm, təhsil, akademik fəaliyyət sahələrində də inkişaf etdirilməlidir. Ona görə də biz bu memorandum vasitəsilə akademik səviyyədə həyata keçirəcəyimiz fəaliyyəti daha da gücləndirəcəyik" Abbasov xatırladıb ki, 2026-cı ildən Dalit icması ilə ilkin əlaqələr qurulub, ilk müzakirələr aparılıb "Yaxın aylarda Dalit icması ilə həyata keçirəcəyimiz birgə layihələri ictimaiyyətə təqdim edəcəyik. Dalitlər də etnik və sosial ayrı-seçkiliyə məruz qalan bir qrupdur. Təəssüf ki, onlar uzun illərdir repressiya və ayrı-seçkiliklə üzləşirlər. Onların sayı təxminən 320 milyondur. Buna baxmayaraq, Hindistan hökuməti onlara qarşı ayrı-seçkilik və repressiya tədbirlərini bu gün də davam etdirir"

Kaynak: trend.az

Diğer Haberler