Bakı və Astana Orta Dəhlizin inkişafını müzakirə ediblər - FOTO
Bu gün Bakıda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə qazaxıstanlı həmkarı Ermek Koşerbayev arasında görüş keçirilib Xarici İşlər Nazirliyindən verilən məlumata görə, əvvəlcə xarici işlər idarələrinin rəhbərlərinin təkbətək, daha sonra isə geniş tərkibdə görüşü olub Azərbaycan və Qaz

Bu gün Bakıda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə qazaxıstanlı həmkarı Ermek Koşerbayev arasında görüş keçirilib Xarici İşlər Nazirliyindən verilən məlumata görə, əvvəlcə xarici işlər idarələrinin rəhbərlərinin təkbətək, daha sonra isə geniş tərkibdə görüşü olub Azərbaycan və Qazaxıstan iqtisadiyyat, ticarət, enerji, sənaye, kənd təsərrüfatı, nəqliyyat, logistika, texnologiya və rəqəmsallaşma sahələrində əməkdaşlığın artdığını qeyd edərək, güclü strateji əlaqələri təsdiqləyiblər C.Bayramov və E.Köşərbayev Orta Dəhlizin Avropa ilə Asiya arasında ticarətin genişləndirilməsində rolunu, həmçinin tranzit infrastrukturunun və regional əlaqələrin inkişafına töhfə verən birgə layihələrin əhəmiyyətini vurğulayıblar Tərəflər Yaxın Şərqdəki gərginlikdən narahat olduqlarını və əldə edilmiş atəşkəsin regiona sabitlik və sülh gətirəcəyinə ümid etdiklərini bildiriblər Xarici işlər nazirləri digər regional və qlobal təhlükəsizlik çağırışlarını da müzakirə ediblər Nazir Ceyhun Bayramov həmkarına Azərbaycanla Ermənistan arasında gedən normallaşma və sülh yolu ilə nizamlanma prosesi barədə də məlumat verib


.webp&w=2048&q=70)