Tenqri
Ana Səhifə
Dünya

Bakıda Milli Qurtuluş Günü münasibətilə bayram konserti keçirilib (FOTO/VİDEO)

BAKI, Azərbaycan, 16 iyun. Bakının Dənizkənarı Milli Parkında Heydər Əliyev Fondunun, Mədəniyyət Nazirliyinin və Bakı Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə 15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş bayram konserti keçirilib Tədbir Ümummilli Lider Heydər Əliyevin Azərbaycan xalqının təkid

0 baxıştrend.az
Bakıda Milli Qurtuluş Günü münasibətilə bayram konserti keçirilib (FOTO/VİDEO)
Paylaş:

BAKI, Azərbaycan, 16 iyun. Bakının Dənizkənarı Milli Parkında Heydər Əliyev Fondunun, Mədəniyyət Nazirliyinin və Bakı Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə 15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş bayram konserti keçirilib Tədbir Ümummilli Lider Heydər Əliyevin Azərbaycan xalqının təkidli tələbi ilə hakimiyyətə qayıdışının 33-cü ildönümünə həsr olunmuş və Saat Qülləsinin binası qarşısında baş tutmuşdur. Paytaxt sakinləri və şəhərin qonaqları Bakının sevimli istirahət məkanlarından biri olan Dənizkənarı Milli Parkda tanınmış müğənnilərin və yaradıcı qrupların iştirakı ilə canlı musiqi proqramı ilə çıxış ediblər Konsertdə xalq artistləri Aygün Bayramova, Bilal Əliyev, Faiq Əliyev, İlqar Muradov, Niyaməddin Musayev, Samir Cəfərov, Tünzalə Ağayeva, Zülfiyyə Xanbabayeva; Əməkdar artistlər Xəyyam Mustafazadə, Lalə Məmmədova, Manana Caparidze, Ramil Qasımov və Sevda Ələkbərzadə; eləcə də tanınmış və sevilən ifaçılar Amil Həsənoğlu, Dilarə Kazımova, İlkin Dövlətov, İradə İbrahimova, Kamilə Nəbiyeva, Mehin Hümbətova, Murad Arif, Nuri, Vəfa Vəzirova, Zamiq və öz möhtəşəm ifaları ilə tamaşaçıları sevindirən “Natiq ritm” qrupu Bayram konserti möhtəşəm atəşfəşanlıqla başa çatıb

Kaynak: trend.az

Diğer Haberler