Bakıda Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş tədbir keçirilib (FOTO)
BAKI, Azərbaycan, 7 may. Bakı Konqres Mərkəzində Azərbaycanın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş "Xalq üçün yaşanan ömür" adlı tədbir keçirilib Tədbir Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası tərəfindən təşkil olunub Tədbirdə dövlət rəsmiləri
BAKI, Azərbaycan, 7 may. Bakı Konqres Mərkəzində Azərbaycanın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş "Xalq üçün yaşanan ömür" adlı tədbir keçirilib Tədbir Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası tərəfindən təşkil olunub Tədbirdə dövlət rəsmiləri, millət vəkilləri, mədəniyyət və incəsənət xadimləri, qeyri-hökumət təşkilatlarının, KİV nümayəndələri, çoxsaylı həmkarlar ittifaqı üzvləri iştirak ediblər Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, daha sonra ulu öndər Heydər Əliyevin və Vətən uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra ulu öndərin mənalı ömür yolunu, Azərbaycanın inkişafı naminə misilsiz nailiyyətlərini əks etdirən film nümayiş etdirilib Tədbirdə müasir Azərbaycanın memarı, Azərbaycan xalqını çətin sınaqlardan çıxaran, ölkəni dərin ictimai-siyasi və iqtisadi böhrandan xilas edən Ümummilli Lider Heydər Əliyevin ölkəmizin davamlı inkişaf və tərəqqi yoluna möhkəm zəmin yaratdığı və bu siyasi kursun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi vurğulanıb. Vurğulanıb ki, Azərbaycanın bütün sahələri dinamik inkişaf edir, ölkənin beynəlxalq mövqeləri möhkəmlənir, nüfuzu ildən-ilə artır. Bu mühüm nailiyyətlər Prezident İlham Əliyevin rəhbərliyi ilə əldə olunub və onların əsasında Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi inkişaf strategiyası və milli dövlətçilik ideyaları dayanır. Tədbirdə, həmçinin Birinci vitse-prezident Mehriban Əliyevanın ölkənin sosial-iqtisadi inkişafına, milli-mənəvi dəyərlərin qorunmasına və təbliğinə sanballı töhfəsi, Ümummilli Liderin zəngin irsinin öyrənilməsi və geniş ictimaiyyətə çatdırılması istiqamətində Heydər Əliyev Fondunun çoxşaxəli fəaliyyətinin əhəmiyyəti vurğulanıb Tədbir Ümummilli Liderin heyran qaldığı musiqi və poetik əsərlərdən ibarət konsert proqramı ilə davam edib. Xalq artistləri Mənsum İbrahimov və Niyaməddin Musayev, əməkdar artistlər Gülüstan Əliyeva, Təyyar Bayramov, Ramil Qasımovun və digər tanınmış incəsənət ustalarının çıxışları böyük maraqla qarşılanıb


