Bakı məhkəməsi hərbi komissarları həbs edib - xəbərlər yenilənib
Bakı Hərbi Məhkəməsi Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qaradağ rayon şöbəsinin təlim şöbəsinin məsul zabiti Etibar Əliyevi həbs edib haqqin.az-ın məlumatına görə, E.Əliyev 4 ay müddətinə həbs edilib. O, Cinayət Məcəlləsinin 311.3.1, 311.3.2 və 311.3.3-cü maddələri ilə itt

Bakı Hərbi Məhkəməsi Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qaradağ rayon şöbəsinin təlim şöbəsinin məsul zabiti Etibar Əliyevi həbs edib haqqin.az-ın məlumatına görə, E.Əliyev 4 ay müddətinə həbs edilib. O, Cinayət Məcəlləsinin 311.3.1, 311.3.2 və 311.3.3-cü maddələri ilə ittiham olunub Bundan başqa, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Cəbrayıl rayon şöbəsinin rəisi Niyamə Mədətsoylu da Bakı Hərbi Məhkəməsi tərəfindən 4 ay müddətinə həbs edilib. O, oxşar ittihamlarla üzləşir Bakı Hərbi Məhkəməsi Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Saatlı rayon şöbəsinin zabiti Araz Kərimlini də 4 ay müddətinə həbs edib. O, 311.1-ci maddəsi ilə ittiham olunub haqqin.az-a məlum olduğu kimi, Etibar Əliyev, Niyam Mədətsoylu və Araz Kərimli müvəqqəti olaraq vəzifələrindən kənarlaşdırılıblar Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Saatlı, Qaradağ, Cəbrayıl və Ağdaş rayonları üzrə rayon şöbələrində əməliyyat keçirib haqqin.az-ın məlumatına görə, müəyyən edilmiş korrupsiya cinayətləri ilə bağlı vəzifəli şəxslər saxlanılıb. Onlar Bakıya aparılıb Onlara qarşı qabaqlayıcı tədbirin görüləcəyi gözlənilir Baş Prokurorluğun mətbuat xidmətindən haqqin.az-a məlumatı təsdiqləyiblər. Hazırda əməliyyat-istintaq tədbirləri davam etdirilir


.webp&w=2048&q=70)