Tenqri
Ana Səhifə
Dünya

Bakı Təşəbbüs Qrupu Fransanı BMT-nin Kanaka ilə bağlı tövsiyələrini yerinə yetirməyə çağırıb Caliber.Az

Bakı Təşəbbüs Qrupu (BIG) Yeni Kaledoniya xalqının öz müqəddəratını təyinetmə hüququ və seçicilərin tərkibini dəyişdirmək cəhdləri ilə əlaqədar BMT-nin İrqi Ayrı-seçkiliyin Aradan Qaldırılması Komitəsinin Fransaya göndərdiyi xəbərdarlığı alqışlayıb və Parisdən komitənin çağırışlarını dərhal yerinə y

0 baxışcaliber.az
Bakı Təşəbbüs Qrupu Fransanı BMT-nin Kanaka ilə bağlı tövsiyələrini yerinə yetirməyə çağırıb Caliber.Az
Paylaş:

Bakı Təşəbbüs Qrupu (BIG) Yeni Kaledoniya xalqının öz müqəddəratını təyinetmə hüququ və seçicilərin tərkibini dəyişdirmək cəhdləri ilə əlaqədar BMT-nin İrqi Ayrı-seçkiliyin Aradan Qaldırılması Komitəsinin Fransaya göndərdiyi xəbərdarlığı alqışlayıb və Parisdən komitənin çağırışlarını dərhal yerinə yetirməyi tələb edib "Report" xəbər verir ki, bu barədə qurumun məlumatında deyilir Sənəddə vurğulanır ki, Yeni Kaledoniyaya təsir edən hər hansı siyasi və inzibati dəyişikliklər yerli Kanak xalqının iştirakı olmadan həyata keçirilə bilməz. BIG qeyd edib ki, BMT komitəsi eyni mövqeyi təsdiqləyib və bunun təkcə siyasi məsələ deyil, həm də beynəlxalq hüququn tələbləri, müstəmləkəsizləşdirmə prosesi və yerli xalqların kollektiv hüquqları olduğunu vurğulayıb Bəyanatda həmçinin Fransanın immiqrantlar hesabına səsvermə hüququ olan insanların dairəsini genişləndirmək hərəkətləri qəti şəkildə pislənir. Qrupun fikrincə, yerli əhalinin razılığı olmadan seçicilərə müdaxilə Kanak xalqının siyasi iradəsini sarsıdır, demoqrafik tarazlığı dəyişir və dekolonizasiya prosesini təhrif edir Bundan əlavə, BIG BMT Komitəsinin 2024-cü ilin mayında keçirilən etiraz aksiyaları zamanı Fransa təhlükəsizlik qüvvələrinin həddindən artıq güc tətbiq etməsinə dair iddiaların müstəqil və şəffaf araşdırılması çağırışını dəstəkləyib, həmçinin Kanak fəallarının və müstəqillik tərəfdarlarının onların razılığı olmadan Fransa həbsxanalarına köçürülməsindən narahatlığını ifadə edib BIG təşkilatın BMT mexanizmləri çərçivəsində müraciətindən sonra bu məsələlərin xüsusi narahatlıq doğuran məsələ kimi gündəmə gətirildiyini və müvafiq xəbərdarlığın dərc olunmasının onun qaldırdığı problemlərin beynəlxalq səviyyədə nəzərə alındığını və Kanakların hüquqlarının müdafiəsi istiqamətində konkret reaksiya doğurduğunu bildirib Bəyanatda Kanak xalqının fikirləri nəzərə alınmadan irəli sürülən fransız təşəbbüslərinin müasir dövrdə də davam edən müstəmləkə idarəçilik təcrübələrinin bariz nümunəsi olduğu vurğulanır. BIG həmçinin qeyd edib ki, Yeni Kaledoniyanın gələcəyi Parisdəki qapalı danışıqlar zamanı deyil, Kanak xalqının özlərinin real, bərabər və effektiv iştirakı ilə müəyyən edilməlidir Təşkilat Fransanı Kanak xalqının öz müqəddəratını təyinetmə hüququna hörmət etməyə, Noumea sazişinin ruhuna sadiq qalmağa və Yeni Kaledoniya ilə bağlı bütün siyasi prosesləri yalnız yerli əhalinin razılığı əsasında aparmağa çağırıb

Kaynak: caliber.az

Diğer Haberler