Bakıda "Türk tarixinə baxış və ideoloji yanaşmalar" mövzusunda panel iclası keçirilib
Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş "Türk Dünyası Həftəsi" çərçivəsində "Türk tarixinə baxış və ideoloji yanaşmalar" mövzusunda panel iclası keçirilib "Report"un məlumatına görə, Milli Məclisin deputatı, filologiya elmləri doktoru Elnarə Akimovanın moderatorluğu ilə baş tu

Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş "Türk Dünyası Həftəsi" çərçivəsində "Türk tarixinə baxış və ideoloji yanaşmalar" mövzusunda panel iclası keçirilib "Report"un məlumatına görə, Milli Məclisin deputatı, filologiya elmləri doktoru Elnarə Akimovanın moderatorluğu ilə baş tutan müzakirədə türklərin dövlətçilik və təfəkkür tarixinə nəzər salınıb Müzakirələr zamanı türk tarixinin müxtəlif dövrlərinə elmi yanaşmalar, tarixşünaslıqda ideoloji baxışların rolu, ortaq tarixi yaddaşın formalaşması və Türk dünyasının elmi əməkdaşlıq perspektivləri ətrafında fikir mübadiləsi aparılıb Berlin Humboldt Universitetinin Tarix şöbəsi Azərbaycan tarixi kafedrasının müdiri Eva-Maria Aux maarifçilik dövrünün türkoloji tədqiqatların daha sistemli xarakter almasına şərait yaratdığını qeyd edib Onun sözlərinə görə, sovet dövründə Almaniya ilə elmi əlaqələr əsasən Moskva və Sankt-Peterburq vasitəsilə həyata keçirilirdi və türkoloji tədqiqatların koordinasiyası da mərkəzləşdirilmiş qaydada Moskvadan idarə olunurdu Paneldə həmçinin Fateh Sultan Mehmet Vəqfi Universitetinin professoru Ahmet Taşağıl, Osaka Universitetinin Humanitar Elmlər Tədqiqat İnstitutunun professoru Takasi Osava, Qafqaz Tarixi Mərkəzinin direktoru, dosent Rizvan Hüseynov və digər türkoloq-alimlər müxtəlif tezislərlə çıxış ediblər Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir


