Bakıda Sabantuy və Azərbaycan Ordusu Günü şərəfinə "SeaBandTune 2026" festivalı keçiriləcək
Azərbaycanın Tatar icması iyulun 4-də Xəzər dənizinin sahilində yerləşən Buzovna qəsəbəsində "SeaBandTune 2026" yay festivalını təşkil edəcək "Report" icmaya istinadən xəbər verir ki, festival tatarların milli bayramı olan Sabantuya, həmçinin Azərbaycanın Silahlı Qüvvələri Gününə həsr olunub Festi

Azərbaycanın Tatar icması iyulun 4-də Xəzər dənizinin sahilində yerləşən Buzovna qəsəbəsində "SeaBandTune 2026" yay festivalını təşkil edəcək "Report" icmaya istinadən xəbər verir ki, festival tatarların milli bayramı olan Sabantuya, həmçinin Azərbaycanın Silahlı Qüvvələri Gününə həsr olunub Festivalın proqramında peşəkar sənətçilərin, respublika və beynəlxalq müsabiqə qaliblərinin, həvəskar yaradıcılıq kollektivlərinin, həmkarlar ittifaqlarının nümayəndələrinin, eləcə də tatar icmasının tərəfdaşları və s. iştirakı nəzərdə tutulur "Gilavar" istirahət mərkəzində keçiriləcək festivalın proqramına idman yarışları, ustad dərsləri, sərgilər, peşəkar sənətçilərin iştirakı ilə konsert, eləcə də film nümayişi və "afterparty" daxil olacaq Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir


