Tenqri
Ana Səhifə
Dünya

Bakıda “Qazaxıstan-Azərbaycan: Mədəniyyətlərin Dialoqu” sərgisi açılıb

Azərbaycan Milli İncəsənət Muzeyində Qazaxıstan Respublikası Abılxan Kasteyev adına Milli İncəsənət Muzeyinin kolleksiyasından əsərlərin nümayiş olunduğu “Qazaxıstan - Azərbaycan: Mədəniyyətlərin Dialoqu” beynəlxalq sərgisinin açılışı olub. Layihə Azərbaycan Mədəniyyət Nazirliyi, Qazaxıstan Mədəniyy

0 baxışazertag.az
Bakıda “Qazaxıstan-Azərbaycan: Mədəniyyətlərin Dialoqu” sərgisi açılıb
Paylaş:

Azərbaycan Milli İncəsənət Muzeyində Qazaxıstan Respublikası Abılxan Kasteyev adına Milli İncəsənət Muzeyinin kolleksiyasından əsərlərin nümayiş olunduğu “Qazaxıstan - Azərbaycan: Mədəniyyətlərin Dialoqu” beynəlxalq sərgisinin açılışı olub. Layihə Azərbaycan Mədəniyyət Nazirliyi, Qazaxıstan Mədəniyyət və İnformasiya Nazirliyi və Azərbaycan Milli İncəsənət Muzeyinin dəstəyi ilə təşkil olunub AZƏRTAC xəbər verir ki, sərgi Azərbaycan Milli İncəsənət Muzeyinin 90 illik yubileyinə təsadüf edir Azərbaycan Milli İncəsənət Muzeyi müstəqillik dövründə ilk dəfə olaraq keçmiş ittifaq respublikalarının rəssamlarının əsərlərinin saxlanıldığı fondlarına müraciət edir. Bu baxımdan, layihə xüsusi əhəmiyyətə malikdir Açılış mərasimində çıxış edən mədəniyyət nazirinin müavini Səadət Yusifova bildirib ki, Azərbaycan ilə Qazaxıstan arasındakı münasibətlər ortaq tarixə, zəngin mədəni irsə və Türk dünyasının mənəvi dəyərlərinə əsaslanır Onun sözlərinə görə, bu gün ikitərəfli münasibətlər strateji tərəfdaşlıq səviyyəsinə çatıb və bu cür layihələr iki qardaş xalq arasında mədəni dialoqun daha da möhkəmlənməsinə, incəsənət sahəsində əməkdaşlığın və humanitar əlaqələrin genişlənməsinə töhfə verir Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova isə qeyd edib ki, 2024-cü ildə Abılxan Kasteyev adına Qazaxıstan Milli İncəsənət Muzeyi ilə Azərbaycan Milli İncəsənət Muzeyi arasında Əməkdaşlıq Memorandumu imzalanıb və o vaxtdan iki qurum arasında fəal əməkdaşlıq başlayıb Sərgidə tanınmış Qazaxıstan rəssamlarının təxminən 30 əsəri nümayiş olunur. Bundan əlavə, Azərbaycan Milli İncəsənət Muzeyinin kolleksiyasından Qazaxıstan ustalarının 8 əsəri ilk dəfə sərgilənir Qazaxıstanın Azərbaycandakı səfiri Alim Bayel layihənin həyata keçirilməsinə görə hər iki ölkənin muzeylərinə minnətdarlığını bildirib və bu cür təşəbbüslərin qardaş xalqlar arasında mədəni dialoqun, mənəvi yaxınlığın və dostluğun möhkəmlənməsinə töhfə verdiyini vurğulayıb O, sərginin hər iki ölkənin mədəni həyatında əlamətdar hadisəyə çevriləcəyinə və humanitar əməkdaşlığın daha da inkişafına səbəb olacağına əminliyini bildirib Qazaxıstan Respublikası Abılxan Kasteyev adına Milli İncəsənət Muzeyinin direktoru Qulaim Jumabekovanın fikrincə, bu layihə hər iki ölkə üçün xüsusi əhəmiyyət kəsb edir. Qazaxıstan təsviri sənətini Azərbaycanda təmsil etmək böyük şərəf və mühüm mədəni missiyadır. O vurğulayıb ki, sərgi Türk dünyasının ortaq tarixi köklərinə və mənəvi dəyərlərinə əsaslanan mədəni dialoq məkanı kimi qurulub. Nümayiş olunan əsərlər Qazaxıstan və Azərbaycan xalqlarının ortaq mədəni məkanını formalaşdıran bədii düşüncənin ahəngini, arxetip obrazlarının vəhdətini və vizual kodları əks etdirir Rəsmi hissədən sonra qonaqlar sərgi ilə tanış olub Layihə Qazaxıstanın bədii irsinin geniş mədəni və tarixi kontekstdə dərk edilməsinə yönəldilib. Sərgi, ortaq tarixi təcrübəyə, türk mədəni məkanına mənsubluğa və milli bədii məktəblərin oxşar inkişaf proseslərinə əsaslanan mədəniyyətlərarası dialoq məkanı kimi qurulub Qazaxıstan tarixən müxtəlif sivilizasiya və bədii ənənələr arasında sıx qarşılıqlı əlaqə zonasında inkişaf edib ki, bu da onun təsviri sənətinin özünəməxsus təbiətini formalaşdırıb. Burada akademik məktəb köçəri mədəniyyətə əsaslanan obrazlı düşüncə ilə mükəmməl şəkildə birləşir Sərgi bir neçə nəsli təmsil edən rəssamların yaradıcılığında əks olunan - insan və təbiət arasındakı qarşılıqlı münasibət, köçəri sivilizasiyanın ənənəvi həyat tərzinin təfsiri, kollektiv yaddaş fenomeni və tarixi transformasiyalar şəraitində mədəni kimlik axtarışı əsas mövzuları açır Sərginin əhəmiyyətli bir hissəsini milli rəssamlıq məktəbinin təməlində duran ustaların: Abılxan Kasteyev, Moldaxmet Kenbayev, Kanafiya Teljanov, Nurbek Tansıkbayev və Mariya Lizoqubun əsərləri tutur. Onların əsərlərində akademik ənənə və milli dərk etmə formasının sintezinə əsaslanan orijinal bədii dil formalaşır. Aişə Qalımbayeva, Sabur Mambeyev, Salihitdin Aytbayev və Şaymardan Sariyevin əsərlərində obrazın daxili məzmununa, onun simvolik və fəlsəfi aspektlərinə diqqət artır. Landşaft, natürmort və tematik rəsm janrları təkcə vizual motivlər deyil, həm də məkan, mədəniyyət və zamanı anlamaq üçün bədii vasitə kimi çıxış edir 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Kaynak: azertag.az

Diğer Haberler