Tenqri
Ana Səhifə
Dünya

Bakıda “Gənc xilasedici və yanğınsöndürən” XIII Ümumrespublika yarışlarının zona birinciliyi təşkil edilib

Fövqəladə Hallar Nazirliyinin (FHN) Bakı Regional Mərkəzi tərəfindən “Gənc xilasedici və yanğınsöndürən” XIII Ümumrespublika yarışlarının zona birinciliyi keçirilib Bu barədə AZƏRTAC-a FHN-in mətbuat xidmətindən məlumat verilib Bildirilib ki, FHN-in təşkilatçılığı, Elm və Təhsil Nazirliyinin dəstə

0 baxışazertag.az
Bakıda “Gənc xilasedici və yanğınsöndürən” XIII Ümumrespublika yarışlarının zona birinciliyi təşkil edilib
Paylaş:

Fövqəladə Hallar Nazirliyinin (FHN) Bakı Regional Mərkəzi tərəfindən “Gənc xilasedici və yanğınsöndürən” XIII Ümumrespublika yarışlarının zona birinciliyi keçirilib Bu barədə AZƏRTAC-a FHN-in mətbuat xidmətindən məlumat verilib Bildirilib ki, FHN-in təşkilatçılığı, Elm və Təhsil Nazirliyinin dəstəyi ilə keçirilən birinciliyin əsas məqsədi şagirdlərin fövqəladə hallara hazırlıqla bağlı fiziki və intellektual səviyyəsinin yoxlanılması, məktəblilərdə fərdi və ictimai təhlükəsizliyə məsuliyyətli yanaşma hissinin artırılması və yetişməkdə olan gənc nəslin nümayəndələrinə sağlam həyat tərzinin aşılanmasından ibarət olub Dövlət Himninin səsləndirilməsi ilə başlanan yarışda Bakı Regional Mərkəzinin əhatə etdiyi rayonların təhsil müəssisələri iştirak edib Yarış “Kombinə edilmiş yanğın estafeti” və “Maneələr zolağı” adlı iki mərhələdən ibarət olub Gərgin mübarizə şəraitində keçən yarışların yekunlarına əsasən, Nizami rayonu Ərəstun Mahmudov adına 220 nömrəli məktəb-lisey I, Yasamal rayonu Aytəkin Məmmədov adına 38 nömrəli tam orta məktəbi II, Xətai rayonu İlqar Mirzəyev adına 98 nömrəli tam orta ümumi təhsil məktəbi isə III yerə layiq görülüb Qeyd edək ki, qalib komanda “Gənc xilasedici və yanğınsöndürən” yarışlarının respublika birinciliyində iştirak etmək hüququ qazanıb 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Kaynak: azertag.az

Diğer Haberler