Tenqri
Ana Səhifə
Dünya

Bakıda antisanitar şəraitə görə ictimai iaşə müəssisəsinin fəaliyyəti dayandırılıb

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən Bakı şəhəri, Səbail rayonu, T.Əliyarbəyov küçəsi, ev 9, zirzəmi ünvanında fəaliyyət “Saeed And Co” MMC-yə məxsus “Dehli” ictimai iaşə müəssisəsində plandankənar yoxlama keçirilib Bu barədə AZƏRTAC-a AQTA-nın İnformasiya təminatı və innovati

0 baxışazertag.az
Bakıda antisanitar şəraitə görə ictimai iaşə müəssisəsinin fəaliyyəti dayandırılıb
Paylaş:

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən Bakı şəhəri, Səbail rayonu, T.Əliyarbəyov küçəsi, ev 9, zirzəmi ünvanında fəaliyyət “Saeed And Co” MMC-yə məxsus “Dehli” ictimai iaşə müəssisəsində plandankənar yoxlama keçirilib Bu barədə AZƏRTAC-a AQTA-nın İnformasiya təminatı və innovativ həllər şöbəsindən məlumat verilib Bildirilib ki, yoxlama zamanı müəssisənin antisanitar şəraitdə fəaliyyət göstərdiyi, texnoloji ardıcıllıq prinsiplərinə əməl olunmadığı aşkarlanıb. Həmçinin mətbəx sahəsində və avadanlıqlarda mütəmadi olaraq təmizlik, dezinfeksiya, dezinseksiya və deratizasiya işlərinin aparılmadığı, ərzaq xammalının saxlanılması üçün anbar sahəsinin mövcud olmadığı, mətbəx sahəsinin döşəmə və tavan hissəsində tamlığın pozulduğu müəyyən edilib Faktla bağlı müəssisə rəhbərliyi barəsində inzibati protokol tərtib olunub, nöqsanlar aradan qaldırılanadək müəssisənin fəaliyyəti məhdudlaşdırılıb 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Kaynak: azertag.az

Diğer Haberler