Bakıda 70 kiloqram narkotik qanunsuz dövriyyədən çıxarılıb
Bakının Nəsimi rayonunda 70 kiloqram narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb 525.az-a bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib Bildirilib ki, keçirilən tədbirlərlə paytaxt ərazisində narkokuryerliklə məşğul olmaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş 51 yaşlı Ədalət Qədimov

Bakının Nəsimi rayonunda 70 kiloqram narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb 525.az-a bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib Bildirilib ki, keçirilən tədbirlərlə paytaxt ərazisində narkokuryerliklə məşğul olmaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş 51 yaşlı Ədalət Qədimovdan 22 kiloqram 210 qram marixuana, 44 yaşlı Elvin Əhmədovdan 29 kiloqram 770 qram marixuana, 39 yaşlı Günel Tağıyeva və tanışı, 45 yaşlı Aydın Qurbanovdan isə 18 kiloqram 615 qram marixuana aşkarlanıb Son əməliyyatlar nəticəsində ümumilikdə 70 kiloqramdan artıq narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb. Saxlanılan şəxslər ifadələrində narkotik vasitələri paytaxt ərazisində müxtəlif ünvanlara çatdıraraq qanunsuz dövriyyəsini təşkil etməyi planlaşdırdıqlarını bildiriblər Faktlarla bağlı cinayət işləri başlanılıb. Məhkəmənin qərarı ilə saxlanılan şəxslərin hər biri barəsində həbs qətimkan tədbiri seçilib


