Baş nazir Əli Əsədov Vyetnamın Baş prokuroru ilə görüşüb
Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov iyunun 8-də Vyetnam Sosialist Respublikasının Ali Xalq Prokurorluğunun Baş prokuroru Nguyen Tien ilə görüşüb Nazirlər Kabinetindən AZƏRTAC-a verilən məlumata görə, görüşdə Azərbaycan ilə Vyetnam arasında ənənəvi dostluq münasibətlərinin və qarşılıqlı

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov iyunun 8-də Vyetnam Sosialist Respublikasının Ali Xalq Prokurorluğunun Baş prokuroru Nguyen Tien ilə görüşüb Nazirlər Kabinetindən AZƏRTAC-a verilən məlumata görə, görüşdə Azərbaycan ilə Vyetnam arasında ənənəvi dostluq münasibətlərinin və qarşılıqlı faydalı əməkdaşlığın inkişafından məmnunluq ifadə olunub İki ölkə arasında siyasi dialoqun yüksək səviyyədə olduğu vurğulanıb, beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstəyin əhəmiyyəti qeyd edilib. Prokurorluq orqanları arasında səmərəli əməkdaşlığın inkişafı yüksək qiymətləndirilib, bu sahədə əlaqələrin daha da möhkəmləndirilməsi imkanları müzakirə olunub Görüşdə Azərbaycanın Baş prokuroru Kamran Əliyev iştirak edib 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


