BƏƏ Netanyahunun səfərinə dair məlumatları təkzib edib
Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) İsrailin Baş naziri Benyamin Netanyahunun ölkəyə səfərini və ya hər hansı bir İsrail hərbi nümayəndə heyətinin qəbul edilməsi barədə yayılan məlumatları təkzib edir 525.az xəbər verir ki, bu barədə BƏƏ-nin Xarici İşlər Naziliyinin bəyanatında deyilir “BƏƏ İsrail il

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) İsrailin Baş naziri Benyamin Netanyahunun ölkəyə səfərini və ya hər hansı bir İsrail hərbi nümayəndə heyətinin qəbul edilməsi barədə yayılan məlumatları təkzib edir 525.az xəbər verir ki, bu barədə BƏƏ-nin Xarici İşlər Naziliyinin bəyanatında deyilir “BƏƏ İsrail ilə münasibətlərinin açıq olduğunu, tanınan və rəsmi olaraq elan edilmiş İbrahim Sazişləri çərçivəsində aparıldığını, qeyri-şəffaf və ya qeyri-rəsmi razılaşmalara əsaslanmadığını bir daha təsdiqləyir. Buna görə də, elan edilməmiş səfərlər və ya açıqlanmayan razılaşmalarla bağlı iddialar BƏƏ-nin müvafiq orqanları tərəfindən rəsmi olaraq elan edilmədikdə tamamilə əsassızdır”, - XİN bəyan edib Qeyd olunub ki, BƏƏ media qurumlarını dəqiqlik və peşəkarlıq nümayiş etdirməyə, təsdiqlənməmiş məlumatların yayılmasından və ya yanlış siyasi narrativlərin təşviqindən çəkinməyə çağırır


