Azərbaycanın media nümayəndələri Türkmənistan muzeyləri ilə tanış olublar
Türkmənistanda keçirilən Azərbaycan Mədəniyyəti Günləri ilə bağlı qardaş ölkəyə ezam olunan media nümayəndələri üçün iyunun 7-də Aşqabad şəhərində Türkmən Milli Xalça Muzeyi və Dövlət Mədəniyyət Mərkəzinin Dövlət Muzeyinə tur təşkil olunub Bu barədə AZƏRTAC-a Mədəniyyət Nazirliyindən məlumat verili

Türkmənistanda keçirilən Azərbaycan Mədəniyyəti Günləri ilə bağlı qardaş ölkəyə ezam olunan media nümayəndələri üçün iyunun 7-də Aşqabad şəhərində Türkmən Milli Xalça Muzeyi və Dövlət Mədəniyyət Mərkəzinin Dövlət Muzeyinə tur təşkil olunub Bu barədə AZƏRTAC-a Mədəniyyət Nazirliyindən məlumat verilib Məlumat verilib ki, Türkmənistan Prezidenti Saparmurat Niyazovun müvafiq Fərmanı ilə 1993-cü ildə yaradılan Xalça Muzeyi ölkənin zəngin xalçaçılıq irsini qoruyan və təbliğ edən əsas mədəniyyət mərkəzidir. Muzeydə nadir qədim xalçalar və dünyaca məşhur eksponatlar qorunur Muzeydə 2001-ci ildə toxunmuş, sahəsi 301 kvadratmetr və çəkisi 1200 kiloqram olan dünyanın ən böyük xalçası saxlanılır. Bu əsər 2003-cü ildə "Ginnesin rekordlar kitabı"na daxil edilib 2000-dən çox eksponatın qorunduğu muzeyin yaradıldığı gün hər il Türkmənistanda rəsmi şəkil "Türkmən Xalçası Günü" kimi qeyd olunur Dövlət Mədəniyyət Mərkəzinin Dövlət Muzeyi ilə tanışlıq zamanı isə bildirilib ki, ölkənin ən böyük muzeyi türkmən xalqının qədim və zəngin mədəni irsini, tarixini və dövlətçilik ənənələrini özündə birləşdirir. Burada 500 mindən çox unikal arxeoloji, tarixi və etnoqrafik eksponat saxlanılır Media nümayəndələri hər iki muzeydən zəngin təəssüratla ayrılıblar 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


