Tenqri
Ana Səhifə
Dünya

Azərbaycanın iştirakı ilə yeni Asiya-Avropa enerji superşəbəkəsi formalaşır

"Black Sea Energy Cable" layihəsi Mərkəzi Asiyanı Avropa ilə birləşdirmək və Avrasiya məkanında enerji şəbəkələrinin inkişafının yeni məntiqini müəyyən etmək qabiliyyətinə malik olan, formalaşmaqda olan transregional enerji arxitekturasının əsas elementlərindən birinə çevrilir "Report"un Səmərqəndə

0 baxışreport.az
Azərbaycanın iştirakı ilə yeni Asiya-Avropa enerji superşəbəkəsi formalaşır
Paylaş:

"Black Sea Energy Cable" layihəsi Mərkəzi Asiyanı Avropa ilə birləşdirmək və Avrasiya məkanında enerji şəbəkələrinin inkişafının yeni məntiqini müəyyən etmək qabiliyyətinə malik olan, formalaşmaqda olan transregional enerji arxitekturasının əsas elementlərindən birinə çevrilir "Report"un Səmərqəndə ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu "ACWA" şirkətinin Mərkəzi Asiya üzrə prezidenti Abid Malik Asiya İnkişaf Bankının (ADB) Rəhbərlər Şurasının 59-cu illik toplantısı çərçivəsində keçirilən, Asiya superşəbəkəsinin yaradılması perspektivlərinə həsr olunmuş seminarda bildirib A.Malik xatırladıb ki, Mərkəzi Asiyada artıq bir sıra inteqrasiya olunmuş enerji platformaları fəaliyyət göstərir: "Xüsusilə, "CASA-1000" layihəsi Tacikistan və Qırğızıstanın enerji sistemlərini birləşdirir. Hazırda isə Əfqanıstan və Pakistanın qoşulması məqsədilə layihə genişləndirilir. Paralel olaraq, regionun Tacikistan və Qırğızıstandan tutmuş Özbəkistan və Qazaxıstana qədər beş ölkəsini əhatə edən Mərkəzi Asiya Birləşmiş Enerji Sistemi fəaliyyət göstərir" Onun sözlərinə görə, bu təşəbbüslərin əlaqələndirilməsində və inkişafında mövcud layihələr arasında sinerji üçün katalizator rolunu oynayan və regional enerji inteqrasiyasının möhkəmləndirilməsinə kömək edən CAREC proqramı mühüm rol oynayır "İndi əsas məsələ bu sistemlərin təkcə regionun bütün ölkələrini əhatə etmək üçün deyil, həm də Monqolustanın qoşulması perspektivi ilə nə dərəcədə miqyaslandırıla bilməsindən ibarətdir", - A.Malik qeyd edib Onun sözlərinə görə, Mərkəzi Asiyanın enerji sistemlərinin Azərbaycan və Gürcüstanla birləşdirilməsi və daha sonra Qara dəniz vasitəsilə Avropa bazarına, xüsusən də Rumıniya və Macarıstan istiqamətində çıxması perspektivlərinə xüsusi diqqət yetirilir: "Enerji şəbəkələrinin gələcəyi məhz budur. Suveren dövlətlər bu cür interkonnektorların yaradılmasından gələn real iqtisadi faydaları görməyə başlayırlar" A.Malik əlavə edib ki, transsərhəd enerji infrastrukturunun inkişafında Avropanın liderliyinə baxmayaraq, hazırda oxşar proseslər bu gün daha geniş coğrafi kontekstdə, o cümlədən Səudiyyə Ərəbistanının Yaxın Şərq, Aralıq dənizi və ya Türkiyə ərazisi vasitəsilə Avropa ilə birləşdirilməsi layihələri də daxil olmaqla fəal şəkildə müzakirə olunur "Siyasi iradə əsas amil olaraq qalır. O, enerji sistemlərinin birləşdirilməsindən əldə edilən irimiqyaslı iqtisadi fayda aydın olduqda formalaşır", - deyə o yekunlaşdırıb Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir

Kaynak: report.az

Diğer Haberler