Azərbaycanın dezinformasiyaya qarşı qətiyyətli cavabı
Azərbaycan bu gün müstəqil xarici siyasəti və milli maraqlara əsaslanan strateji kursu ilə Cənubi Qafqazın geosiyasi məkanında mühüm söz sahibinə çevrilmişdir. Beynəlxalq hüququn norma və prinsiplərinə sadiqlik, dövlətlərin suverenliyinə hörmət və qarşılıqlı faydalı əməkdaşlıq ölkəmizin qlobal arena

Azərbaycan bu gün müstəqil xarici siyasəti və milli maraqlara əsaslanan strateji kursu ilə Cənubi Qafqazın geosiyasi məkanında mühüm söz sahibinə çevrilmişdir. Beynəlxalq hüququn norma və prinsiplərinə sadiqlik, dövlətlərin suverenliyinə hörmət və qarşılıqlı faydalı əməkdaşlıq ölkəmizin qlobal arenada etibarlı tərəfdaş kimi mövqeyini daha da möhkəmləndirir Azərbaycanın enerji təhlükəsizliyi, beynəlxalq nəqliyyat dəhlizləri və humanitar dialoq platformalarındakı fəal və dayanıqlı rolu dövlətimizin artan beynəlxalq nüfuzunun mühüm göstəricilərindəndir Lakin bu reallıqlar fonunda zaman-zaman Azərbaycanın beynəlxalq imicinə xələl gətirməyə yönəlmiş məqsədli və qərəzli informasiya kampaniyalarının şahidi oluruq. Təəssüf doğuran məqam ondan ibarətdir ki, bəzi hallarda özünü peşəkar və obyektiv media qurumu kimi təqdim edən beynəlxalq platformalar da bu cür manipulyativ yanaşmaların təsiri altına düşə bilirlər Bunun növbəti nümunəsi kimi, CNN World kanalında İsrail–İran qarşıdurması fonunda Azərbaycan ərazisinin guya İsrail tərəfindən İrana qarşı hərbi və kəşfiyyat məqsədləri üçün istifadə edilməsi barədə həqiqəti əks etdirməyən iddiaların yer almasıdır Şübhəsiz ki, bu cür məlumatlar regionda vəziyyətin gərginləşdirilməsinə xidmət edən dezinformasiya cəhdi kimi qiymətləndirilir Azərbaycan Respublikasının bu məsələdə mövqeyi hər zaman açıq, ardıcıl və birmənalı olmuşdur. Ölkəmizin ərazisi heç bir halda üçüncü dövlətlərə qarşı hərbi məqsədlər üçün istifadə edilə bilməz. Bu prinsip Azərbaycanın xarici siyasət strategiyasının əsas və dəyişməz sütunlarından biridir. Dövlətimiz qonşu ölkələrlə münasibətlərini qarşılıqlı hörmət, etimad və ərazi bütövlüyünə ehtiram prinsipləri əsasında qurur Ölkəmizin regiondakı praktiki fəaliyyəti də bu prinsipial mövqeyi tam şəkildə təsdiqləyir. Azərbaycan uzun illərdir ki, regionda əməkdaşlığın, dialoqun və təhlükəsizliyin möhkəmləndirilməsi istiqamətində mühüm beynəlxalq təşəbbüslərlə çıxış edir. Regional gərginliyin artdığı dövrlərdə belə, müxtəlif ölkələrin vətəndaşlarının təhlükəsiz təxliyəsinə şərait yaradaraq humanitar məsuliyyətini və konstruktiv yanaşmasını nümayiş etdirmişdir. Belə bir siyasət yürüdən dövlətin regional hərbi gərginliyin tərəfi kimi təqdim olunması nə siyasi məntiqlə, nə də mövcud geosiyasi reallıqlarla uzlaşır Müasir dövrdə dezinformasiya kampaniyaları və ictimai rəyin manipulyasiyası beynəlxalq təhlükəsizlik üçün ciddi çağırışlardan biri hesab olunur. Bu baxımdan, geniş auditoriyaya malik media qurumları, xüsusilə regional təhlükəsizlik kimi həssas məsələlərdə, yüksək peşəkarlıq nümayiş etdirməyə və faktların dəqiqliyinə ciddi riayət etməyə borcludurlar Azərbaycanın beynəlxalq nüfuzu konkret nəticələrə, etibarlı tərəfdaşlıq münasibətlərinə və uğurlu dövlət siyasətinə əsaslanır. Heç bir əsassız iddia, anonim mənbələrə söykənən manipulyasiya və ya qərəzli informasiya kampaniyası bu reallığı dəyişdirə bilməz. Ölkəmiz bundan sonra da beynəlxalq hüquqa, regional sabitliyə və qarşılıqlı etimada əsaslanan strateji kursunu qətiyyətlə davam etdirəcəkdir Mahir Süleymanlı Milli Məclisin deputatı

