Azərbaycanın beynəlxalq enerji bazarlarında strateji rolu daha da güclənib MÜSAHİBƏ
İspaniya və Portuqaliyadan sonra Avropada ən böyük yaşıl enerji potensialı Azərbaycanın payına düşür Beynəlxalq hüquq, təhlükəsizlik və enerji siyasəti üzrə ixtisaslaşmış ekspert, Macarıstanda fəaliyyət göstərən Dunay İnstitutunun baş tədqiqatçısı Fərid Şükürlü “Bakı Enerji Həftəsi”nin əhəmiyyəti

İspaniya və Portuqaliyadan sonra Avropada ən böyük yaşıl enerji potensialı Azərbaycanın payına düşür Beynəlxalq hüquq, təhlükəsizlik və enerji siyasəti üzrə ixtisaslaşmış ekspert, Macarıstanda fəaliyyət göstərən Dunay İnstitutunun baş tədqiqatçısı Fərid Şükürlü “Bakı Enerji Həftəsi”nin əhəmiyyəti, Azərbaycanın qlobal enerji siyasətində rolu barədə AZƏRTAC-ın suallarını cavablandırıb Qlobal iqtisadi inteqrasiyanın dərinləşdiyi, enerji təhlükəsizliyi, nəqliyyat əlaqəliliyi və geoiqtisadi əməkdaşlıq məsələlərinin ön plana çıxdığı bir dövrdə ölkəmizdə təşkil olunan “Bakı Enerji Həftəsi”nin əhəmiyyətini necə səciyyələndirmək mümkündür? Azərbaycan artıq hər il enerji sahəsində müxtəlif beynəlxalq konfranslara ev sahibliyi edir və dünyanın enerji təhlükəsizliyi sahəsində ixtisaslaşmış ekspertlərini öz ölkəsində qəbul edir. Bu amil Azərbaycanın təkcə Cənubi Qafqazda deyil, həm də beynəlxalq arenada enerji transformasiyası və təhlükəsizliyi sahəsində lider ölkələrdən birinə çevrildiyini göstərir. Xüsusilə Vətən müharibəsindən sonra Azərbaycan bir çox dünya liderlərinin diqqətini cəlb edən ölkəyə çevrilib. Buna misal kimi Azərbaycan ilə Birləşmiş Ərəb Əmirlikləri arasında həyata keçirilən yeni enerji layihələrini göstərmək olar. Xüsusilə BƏƏ-nin milli neft şirkəti ADNOC, beynəlxalq enerji investisiya şirkəti XRG və “Masdar” kimi nəhənglərin son üç ildə Azərbaycana yatırdığı investisiyalar ölkəmizin həm Körfəz ölkələri, həm də enerji baxımından strateji əhəmiyyət daşıyan regionlarda artan müsbət nüfuzunun göstəricisidir Ən nəzərəçarpan məqamlardan biri “Bakı Enerji Həftəsi” fonunda tarixdə ilk dəfə Azərbaycan-ABŞ Enerji Dialoqunun baş tutması idi. ABŞ Dövlət katibinin iqtisadiyyat, enerji və biznes məsələləri üzrə köməkçisi Kaleb Orrun başçılığı ilə Amerika nümayəndə heyətinin “Bakı Enerji Həftəsi”ndə iştirakı isə xüsusilə ölkəmizin enerji təhlükəsizliyi baxımından artan və artıq özünü sübut etmiş əhəmiyyətini göstərir. ABŞ Prezidenti Donald Trampın “Bakı Enerji Həftəsi”nə ünvanladığı məktubda ölkəsinin Azərbaycanın neft və qaz sənayesinin böyük dəstəkçisi olduğunu vurğulaması isə Azərbaycanın təkcə Cənubi Qafqazda deyil, həm də qlobal miqyasda etibarlı tərəfdaş kimi qəbul olunduğunun göstəricisi hesab edilə bilər. Bu cür yüksək səviyyəli siyasi və iqtisadi təmaslar Azərbaycanın beynəlxalq enerji bazarlarındakı strateji rolunun və Qərb ilə əməkdaşlıq potensialının daha da gücləndiyini nümayiş etdirir Orta Dəhlizin Avropa, Cənubi Qafqaz, Mərkəzi Asiya və digər regionları birləşdirən strateji geoiqtisadi sistemə çevrilməkdədir. Burada Azərbaycanın rolunu necə qiymətləndirirsiz? Azərbaycanın geosiyasi mövqeyi hər zaman iqtisadi inteqrasiyanı dəstəkləyib. Son illərdə əsas diqqət mərkəzində olan TRIPP layihəsi Azərbaycanın uzun illərdir formalaşmaqda olan tranzit ölkə rolunu daha da gücləndirmək potensialına malikdir. Ölkənin coğrafi mövqeyi onu Avropa ilə Asiya arasında strateji körpüyə çevirir. Eyni zamanda, Azərbaycanın Orta Dəhliz çərçivəsində artan rolu, onun Avropa ilə yanaşı, Mərkəzi Asiya ölkələrinin də Avropa bazarlarına çıxışını planlaşdırmasında və bu istiqamətdə logistika və nəqliyyat imkanlarının inkişafında mühüm rol oynadığını göstərir. Xüsusilə Qazaxıstanla Xəzər dənizi üzərindən formalaşan logistika və tranzit əlaqələrinin genişlənməsi Azərbaycanın iki qitə arasında əsas körpü rolunu daha da möhkəmləndirir. Bu proses həm enerji təhlükəsizliyi, həm də qlobal iqtisadi inteqrasiya baxımından strateji əhəmiyyət daşıyır. Bundan əlavə, bu dinamika Cənubi Qafqazın Qərb dövlətləri ilə iqtisadi və siyasi əlaqələrinin genişlənməsi fonunda inkişaf edir. Hazırda ABŞ-nin nadir torpaq elementləri idxalının böyük hissəsi Çindən asılıdır. Bu kontekstdə Mərkəzi Asiyada, xüsusilə Qazaxıstanda həyata keçirilən layihələr həm potensial alternativ mənbələrin inkişafına, həm də ABŞ və Mərkəzi Asiya ölkələri arasında logistika və iqtisadi əlaqələrin güclənməsinə töhfə verir “Dünya qazıntı yanacağı olmadan yaşaya bilməz” tezisi fonunda Azərbaycanın neft-qaz strategiyası necə bir praqmatik enerji modeli yaradır və bu model yaşıl enerji keçidi ilə necə uzlaşdırılır? Prezident İlham Əliyevin səsləndirdiyi bu fikir faktlar əsasında qurulan bir tezisdir, çünki yaxın, bəlkə də 100 illik dövrdə dünya iqtisadiyyatının funksional olması üçün qalıq yanacaqlara ehtiyac olacaq. Hazırda təkcə Avropada 10-u AB-nin üzvü olmaqla, 16 ölkəyə qaz ixrac edirik. Xüsusilə Ukrayna və Yaxın Şərqdəki müharibələrdən sonra əminliklə demək olar ki, Avropa İttifaqının, eləcə də digər qeyri-üzv ölkələrin, məsələn Serbiya və Şimali Makedoniyanın ən etibarlı tərəfdaşlarından biri məhz Azərbaycandır. Cənub Qaz Dəhlizi və Bakı-Tbilisi-Ceyhan neft kəməri sayəsində Azərbaycan heç bir konflikt zonasından keçmədən Avropanı və Yaxın Şərq bölgəsini enerji təhlükəsizliyi ilə təmin edir. Lakin bizim tam potensialımıza çatmaq üçün Avropa İttifaqı ölkələrinin Azərbaycana logistika və infrastruktur sahəsində sərmayə qoyması zəruridir Yaşıl enerji modelinə gəldikdə isə bu, bizim neft-qaz strategiyamıza qarşı olan bir plan deyil. Norveç kimi bir ölkə neft zəngini olsa da, 98 faiz enerjisini yaşıl enerji ilə qarşılayır, lakin yenə də Avropaya neft ixrac edir. Təkcə keçən il Norveç ixracının 62,2 faizi neft gəlirlərinin əsasında olub. Dünya Bankı və digər rəsmi mənbələrin statistikasına baxsaq, görərik ki, İspaniya və Portuqaliyadan sonra Avropada ən böyük yaşıl enerji potensialı məhz Azərbaycanın payına düşür. Bu məqsədlə də artıq Qarabağ bölgəsində işlərə başlanılıb. BƏƏ-nin də Aran bölgəsində kifayət qədər investisiyaları var. Düşünürəm ki, qarşıdan gələn 15 il ərzində Azərbaycan bu sahədə çox böyük uğurlar əldə edəcək 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


