Tenqri
Ana Səhifə
Dünya

Azərbaycançılıq ideologiyasının təməl dayağı güclü və müstəqil dövlət ideyasıdır

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Dialoq və İnkişaf Naminə” İctimai Birliyi (DİNİB) tərəfindən “Azərbaycançılıq: tarixdən müasirliyə” layihəsinin ikinci tədbiri Tovuz şəhər Tarix-Diyarşünaslıq Muzeyində keçirilib İctimai Birlikd

0 baxışazertag.az
Azərbaycançılıq ideologiyasının təməl dayağı güclü və müstəqil dövlət ideyasıdır
Paylaş:

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Dialoq və İnkişaf Naminə” İctimai Birliyi (DİNİB) tərəfindən “Azərbaycançılıq: tarixdən müasirliyə” layihəsinin ikinci tədbiri Tovuz şəhər Tarix-Diyarşünaslıq Muzeyində keçirilib İctimai Birlikdən AZƏRTAC-a verilən məlumata görə, tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, sonra Vətən uğrunda canından keçən qəhrəmanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib Layihə barədə ətraflı məlumat verən “Dialoq və İnkişaf Naminə” İctimai Birliyinin sədri və layihənin rəhbəri Çingiz Bayramov bildirib ki, Azərbaycançılıq ideologiyasının əsas təməl dayağı güclü, müstəqil, dayanıqlı dövlət ideyasıdır. Azərbaycançılıq ideologiyasının təşəkkül tapmasında və milli ideologiyaya çevrilməsində Ulu Öndər Heydər Əliyevin müstəsna rolu var. Məhz onun rəhbərliyi ilə Azərbaycan xalqının çoxəsrlik dövlətçilik ənənələrinin davamı olaraq azərbaycançılıq ideologiyasının nəzəri və praktiki əsasları təşəkkül tapıb Daha sonra Tovuz Rayon İcra Hakimiyyətinin məsul əməkdaşı çıxışında belə tədbirlərin rayonda davamlı keçirilməsinin önəmindən danışıb Ülkü Ocaqları Təhsil və Mədəniyyət Cəmiyyətinin Azərbaycan üzrə rəhbəri Mehmet Alper çıxışında Türk dünyasının ayrılmaz parçası olan Azərbaycanın dünya türklərinin tarixi mədəniyyət beşiyi olduğunu qeyd edib İctimai Birliyin İdarə Heyətinin üzvü Anar Əsədov Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycançılıq ideyasının yeni mərhələyə qədəm qoyduğunu, ərazi bütövlüyümüz və suverenliyimizin tam bərpa edildiyini, milli həmrəyliyin daha da gücləndiyini deyib. A.Əsədov dövlət başçısının Azərbaycançılıq ideologiyasının qorunması və gələcək nəsillərə ötürülməsi istiqamətində həyata keçirdiyi siyasətin önəmindən bəhs edib Daha sonra tədbirdə Tovuz Gənclər Evinin direktoru Rauf Rüstəmov, DİNİB-in üzvü İlhamə Həsənova, Tovuz rayonu Müharibə Veteranları Şurasının üzvü Etibar Həsənov və başqaları çıxış edərək mövzu ətrafında müzakirələr aparıblar 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Kaynak: azertag.az

Diğer Haberler

Azərbaycançılıq ideologiyasının təməl dayağı güclü və müstəqil dövlət ideyasıdır | Tenqri