Azərbaycanda yol hərəkəti, parklanma və texniki baxış qaydaları təkmilləşdirilir
Azərbaycanda yol hərəkəti, parklanma və texniki baxış qaydaları təkmilləşdirilir 525.az xəbər verir ki, bununla bağlı Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan "Yol hərəkəti haqqında" qanun layihəsində öz əksini tapıb Bildirilib ki, layih

Azərbaycanda yol hərəkəti, parklanma və texniki baxış qaydaları təkmilləşdirilir 525.az xəbər verir ki, bununla bağlı Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan "Yol hərəkəti haqqında" qanun layihəsində öz əksini tapıb Bildirilib ki, layihə ilə nəqliyyat vasitələrinin texniki baxışının keçirilməsi, kiçik elektrik nəqliyyat vasitələri operatorlarının fəaliyyəti, parklanma münasibətləri, eləcə də yol hərəkəti təhlükəsizliyinə nəzarəti həyata keçirən səlahiyyətli orqanın əməkdaşlarının inzibati icraatla bağlı səlahiyyətlərini tənzimləyən müddəalar təkmilləşdirilir Bununla yanaşı, qanunvericilikdə istifadə olunan terminologiya dəqiqləşdirilir və "mərkəzi informasiya sistemi" anlayışı "müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sistemi" ifadəsi ilə əvəz edilməklə mövcud hüquqi tənzimləməyə uyğunlaşdırılır Eyni zamanda, layihə ilə İnzibati Xətalar Məcəlləsində elektron sənədləşmə, inzibati tənbeh tətbiq etmə haqqında qərarların və inzibati xəta haqqında protokolların tərtib edilməsi, onların müvafiq informasiya sistemində yerləşdirilməsi, habelə nəqliyyat vasitəsinin saxlanılması zamanı tərtib olunan aktın elektron qaydada rəsmiləşdirilməsi ilə bağlı müəyyən edilmiş qaydalar "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununda əks etdirilir. Bundan başqa, parklanma ilə bağlı məlumatlandırma mexanizmi İnzibati Xətalar Məcəlləsinə edilmiş dəyişikliklərə uyğunlaşdırılır Qanun layihəsinin qəbul edilməsi normativ hüquqi aktlar arasında sistemli uyğunluğun təmin edilməsinə, elektron inzibati icraatın hüquqi əsaslarının təkmilləşdirilməsinə, hüquq tətbiqetmə təcrübəsində vahid yanaşmanın gücləndirilməsinə və yol hərəkəti sahəsində inzibati prosedurların daha səmərəli həyata keçirilməsinə xidmət edəcəkdir


