Tenqri
Ana Səhifə
Dünya

Azərbaycanda temperatur anomaliyası 1,1 dərəcə Selsi təşkil edib

Son 25 ildə Azərbaycanda temperatur anomaliyası 1,1 dərəcə Selsi təşkil edib "Report" xəbər verir ki, bunu Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev Bakıda "Caspian Agro Week" çərçivəsində keçirilən V Aqrobiznesin İnkişafı Forumunda bildirib Onun sözlərinə görə, iql

0 baxışreport.az
Azərbaycanda temperatur anomaliyası 1,1 dərəcə Selsi təşkil edib
Paylaş:

Son 25 ildə Azərbaycanda temperatur anomaliyası 1,1 dərəcə Selsi təşkil edib "Report" xəbər verir ki, bunu Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev Bakıda "Caspian Agro Week" çərçivəsində keçirilən V Aqrobiznesin İnkişafı Forumunda bildirib Onun sözlərinə görə, iqlim dəyişiklikləri ilə bağlı reallıqları dərk etmək lazımdır: "Nəticədə həm ekosistemlərin dayanıqlığına, həm də kənd təsərrüfatı fəaliyyətinə əlavə çətinliklər yaranır. İqlim dəyişiklikləri ölkəmiz üçün də aktualdır. Son 25 ildə Azərbaycanda temperatur anomaliyası 1,1 dərəcə Selsi təşkil edib. 2025-ci ildə orta temperatur 14,3 dərəcəyə çatıb. Bu isə əvvəlki dövrlərə müqayisədə 1,6 dərəcə yüksəkdir. Ən yüksək orta temperatur isə 2021-ci ildə 16,2 dərəcə təşkil edib. Söhbət orta illik dərəcədən gedir" O əlavə edib ki, istilik dalğaları da tez-tez baş verir, daha uzun davam edir: "Son illərdə Bakıda 29, Gəncədə 16, Şəkidə 41, Lənkəranda isə 5 istilik dalğası qeydə alınıb. 2025-ci ildə ən uzun istilik dalğası Şəkidə 14 gün, Bakıda isə 7 gün davam edib. Sel hadisələrinin sayı da artıb. 2015-ci ildə 15, 2020-də artıq 36, 2025-də 33 sel hadisəsi baş verib. Bu rəqəmlər göstərir ki, biz artıq dəyişiklikləri müşahidə etmirik, biz bu dəyişiklikləri yaşayırıq. 2026-cı il ilk aylarda da bu tendensiyanı təsdiqləyir. Bəzi bölgələrdə yağıntının illik normasının yarısı cəmi bir neçə ayda qeydə alınıb. Aprel ayında isə bəzi rayonlarda yağıntı normadan 1,5-3,5 dəfə, Bakıda isə 5 dəfə çox olub. Əsas çağırış isə qeyri-müəyyənlikdir. Mövsümlərin xarakteri dəyişir, yağıntıların paylanması dəyişir, temperatur pikləri dəyişir. Bu isə planlaşdırmanı çətinləşdirir, investisiya risklərini artırır" Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir

Kaynak: report.az

Diğer Haberler