“Azərbaycanda sülh sazişi imazalanmalı, Türkiyə ilə sərhəd açılmalıdır”
Ermənistanın Baş naziri Nikol Paşinyan parlament seçkilərinin ilkin nəticələri elan edildikdən sonra müraciətlə çıxış edərək, İrəvanın sülh, regional əməkdaşlıq və qonşu ölkələrlə münasibətlərin normallaşdırılması kursuna sadiq qaldığını təsdiqləyib Modern.az xəbər verir ki, jurnalistin seçkilərdə

Ermənistanın Baş naziri Nikol Paşinyan parlament seçkilərinin ilkin nəticələri elan edildikdən sonra müraciətlə çıxış edərək, İrəvanın sülh, regional əməkdaşlıq və qonşu ölkələrlə münasibətlərin normallaşdırılması kursuna sadiq qaldığını təsdiqləyib Modern.az xəbər verir ki, jurnalistin seçkilərdə rəhbərlik etdiyi siyasi qüvvənin qələbəsindən sonra Türkiyə və Azərbaycan xalqlarına hansı mesajı vermək istədiyi barədə sualını cavablandıran Paşinyan bildirib ki, rəsmi İrəvanın mövqeyi dəyişməz olaraq qalır “Mesaj eynidir. Ermənistan xalqı sülhün, regional rifahın və regional əməkdaşlığın tərəfdarıdır. Ümid edirəm ki, bu həm Türkiyə, həm də Azərbaycan tərəfindən müsbət qarşılanacaq”, - deyə Paşinyan bildirib Baş nazirin sözlərinə görə, Ermənistan üçün əsas prioritetlərdən biri Azərbaycanla sülh prosesinin institusional əsasda möhkəmləndirilməsidir “Biz Ermənistan və Azərbaycan arasında sülhü institusionallaşdırmalıyıq”, - deyə o vurğulayıb Paşinyan ayrıca Ermənistan–Türkiyə münasibətlərinə də toxunub. O qeyd edib ki, İrəvan normallaşma prosesinin davam etdirilməsinə və iki ölkə arasında dövlət sərhədinin açılmasına ümid edir “Türkiyə ilə sərhəd açılmalıdır. Yəni Türkiyə sərhədi açmalı, eyni zamanda diplomatik münasibətlər qurulmalıdır”, - deyə baş nazir bildirib Hökumət başçısı nəqliyyat sahəsində son addımları da müsbət qiymətləndirib və erməni yükləri üçün Axalkalaki–Qars dəmir yolu marşrutu xəttinin açılması qərarına görə minnətdarlığını ifadə edib “Erməni mallarının həm ixracı, həm də idxalı üçün Axalkalaki–Qars dəmir yolu marşrutunun açılması qərarına görə təşəkkür edirik”, - deyə o qeyd edib Paşinyanın qiymətləndirməsinə görə, hazırda Ermənistan və Türkiyə arasında münasibətlərdə müsbət dinamika müşahidə olunur, lakin tam nəticə əldə etmək üçün əlavə səylərə ehtiyac var “Türkiyə ilə münasibətlərimizdə çox yaxşı dinamika mövcuddur və hazırda bundan məmnunuq. Lakin yekun irəliləyişə nail olmaq üçün bu dinamikanı davam etdirmək lazımdır. Mən diplomatik münasibətlərin qurulmasını və əlbəttə ki, sərhədin tam açılmasını nəzərdə tuturam”, - deyə baş nazir bildirib Azərbaycanla münasibətlərdən danışan Paşinyan xatırladıb ki, tərəflər artıq sülh sazişinin mətnini ilkin olaraq razılaşdırıblar və indi onun imzalanmasına keçmək lazımdır “Azərbaycana gəldikdə isə bildiyiniz kimi, bizim ilkin razılaşdırılmış sülh müqaviləmiz var. Biz onu imzalamalıyıq”, - deyə Ermənistan hökumətinin başçısı bildirib Baş nazir regional siyasətin ən mühüm istiqamətlərindən biri kimi Ermənistan hakimiyyətinin bütün Cənubi Qafqaz üçün strateji əhəmiyyətli hesab etdiyi “Sülh kəsişməsi” layihəsinin həyata keçirilməsini göstərib Paşinyanın sözlərinə görə, bu layihənin reallaşdırılması regionun iqtisadi və nəqliyyat arxitekturasını köklü şəkildə dəyişə bilər “‘Sülh Kəsişməsi’ layihəsinin həyata keçirilməsinə mümkün qədər tez başlamaq lazımdır. Bu layihə bütün regiondakı vəziyyəti əsaslı şəkildə dəyişə bilər”, - deyə o bildirib Baş nazir vurğulayıb ki, söhbət yalnız iqtisadi əməkdaşlıqdan deyil, həm də uzun illər davam edən təcrid və blokada məhdudiyyətlərinin aradan qaldırılmasından gedir “Bu layihə böyük əhəmiyyət daşıyır, çünki regionumuzun blokadadan çıxması deməkdir. Bu, həqiqətən də çox vacib xəbərdir. Belə ki, regionumuz dalandan çıxaraq yolların və imkanların kəsişdiyi məkana çevrilir”, - deyə Paşinyan qeyd edib Onun sözlərinə görə, bu cür təşəbbüslərin həyata keçirilməsi regionun bütün dövlətləri üçün yeni inkişaf imkanları yarada və uzunmüddətli sabitlik mühitini gücləndirə bilər. Xatırladaq ki, Ermənistan Mərkəzi Seçki Komissiyasının məlumatına görə, artıq bütün 2005 seçki məntəqəsində səslər sayılıb. Səslərin 100% işlənməsindən sonra partiyaların yekun səs faizləri belə formalaşıb: "Vətəndaş müqaviləsi" Partiyası (Nikol Paşinyan) – 49,81% - "Güclü Ermənistan" bloku (Samvel Karapetyan) – 23,29% - "Ermənistan" bloku (Robert Köçəryan) – 9,94% - "Çiçəklənən Ermənistan" Partiyası (Qaqik Tsarukyan) – 4% A.Qorxmaz


