Azərbaycanda internet bahalaşdı - Yeni qiymət
Bəzi mobil operatorlar internet paketlərinin qiymətlərinə artım tətbiq edib. Məsələn, 11 manatlıq paketlərin 13 manata yüksəldiyi bildirilir. Eyni zamanda, sabit internet tariflərinin də bahalaşacağı ilə bağlı iddialar yayılıb Qiymət artımının səbəbi nədir? Publika.az xəbər verir ki, globalinfo.az

Bəzi mobil operatorlar internet paketlərinin qiymətlərinə artım tətbiq edib. Məsələn, 11 manatlıq paketlərin 13 manata yüksəldiyi bildirilir. Eyni zamanda, sabit internet tariflərinin də bahalaşacağı ilə bağlı iddialar yayılıb Qiymət artımının səbəbi nədir? Publika.az xəbər verir ki, globalinfo.az-a danışan “ITStation” şirkətinin texnologiya direktoru Eşqin Nuruşov deyib ki, bu məsələ bir neçə amilin üst-üstə düşməsi ilə bağlıdır: “Əvvəla, internetə olan tələbat əvvəlki illərlə müqayisədə xeyli artıb. İnsanlar artıq daha çox video izləyir, onlayn oyunlar oynayır, bulud xidmətlərindən istifadə edir. Bu isə operatorların şəbəkəsinə daha çox yük deməkdir. Şəbəkənin bu yükü problemsiz daşıması üçün isə daim yenilənmə və genişlənmə lazımdır. Digər tərəfdən, texniki xərclər də artıb. Operatorların istifadə etdiyi avadanlıqlar əsasən xaricdən gətirilir və valyuta dəyişiklikləri, logistika xərcləri bu sahəyə birbaşa təsir edir. Üstəlik, enerji xərcləri də əvvəlki kimi deyil və bu da ümumi maya dəyərini artırır. Eyni zamanda nəzərə almaq lazımdır ki, yeni texnologiyalara keçid dövründəyik” E.Nuruşovun fikrincə, 4G və xüsusilə 5G kimi texnologiyalar istifadəçiyə daha sürətli və keyfiyyətli internet versə də, onların qurulması və saxlanması kifayət qədər böyük investisiya tələb edir: “Sabit internetlə bağlı bahalaşma xəbərlərinə də rast gəlinir. Burada da oxşar vəziyyətdir. Fiber-optik infrastrukturun genişləndirilməsi, daha stabil və sürətli xidmət təqdim etmək üçün görülən işlər operatorlar üçün əlavə xərclər yaradır. Qiymət artımı sırf operatorların qərarı kimi görünə bilər, amma arxasında daha geniş iqtisadi və texnoloji səbəblər dayanır” WUF13 festivalının axşam proqramlarında dəyişikliklər edildi - Yeniləndi Kiçikhəcmli gəmi istifadəçiləri üçün silsilə maarifləndirmə tədbirləri keçirildi Bir Azərbaycanın rəqəmsal transformasiya təcrübəsini “Money20/20 Asia 2026” qlobal səhnəsinə daşıdı Zığ dairəsi-Hava Limanı yolunda bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirildi Azərbaycanda "Ağıllı qaz şəbəkəsi idarəetmə sistemi" layihəsinin icrası başlayır Bəzi çaylardan sel keçəcək - XƏBƏRDARLIQ Benzin və dizellə bağlı qərar: 200 manatdan 1 manata endirildi Qlobal bazarda təşviş: Ehtiyatlar kəskin azalır, qiymətlər artır Qəbələdə İlham Əliyevin adından Andrey Babişin şərəfinə rəsmi lanç verildi Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir Onların təhsil haqqı dövlət büdcəsindən ödəniləcək Makronun Türkiyəyə qarşı ittifaqı Yunanıstanı silkələdi: Ölkə müharibəyə sürüklənir "Neftçi" azarkeşlərinin Qurban Qurbanova qarşı nalayiq davranışına Musadan reaksiya May ayının istirahət günləri açıqlandı


