Tenqri
Ana Səhifə
Dünya

"Azərbaycanda dini etiqad azadlığının təmini üçün əlverişli mühit formalaşıb" - Ramin Məmmədov

"Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasəti nəticəsində Azərbaycanda dini etiqad azadlığının təmin olunması, milli-mənəvi dəyərlərin təbliği, tolerantlıq ənənələrinin qorunması üçün əlverişli mühit formalaşıb" 525.az xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət

0 baxış525.az
"Azərbaycanda dini etiqad azadlığının təmini üçün əlverişli mühit formalaşıb" - Ramin Məmmədov
Paylaş:

"Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasəti nəticəsində Azərbaycanda dini etiqad azadlığının təmin olunması, milli-mənəvi dəyərlərin təbliği, tolerantlıq ənənələrinin qorunması üçün əlverişli mühit formalaşıb" 525.az xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Özbəkistanda keçirilən I Beynəlxalq İslam Sivilizasiyası Forumun açılış mərasimində deyib Komitə sədri Azərbaycanın qlobal miqyasda sivilizasiyalararası dialoqun təşviqinə mühüm töhfələr verdiyini, bu istiqamətdə irəli sürülən təşəbbüslərin beynəlxalq ictimaiyyət tərəfindən yüksək qiymətləndirildiyini qeyd edib Vurğulanıb ki, Azərbaycanda məscidlərin, kilsələrin və sinaqoqların bərpası dövlət tərəfindən dəstəklənir, fərqli inanclara hörmət isə milli sərvət kimi qiymətləndirilir Sədr işğaldan azad edilmiş ərazilərdə dağıdılmış dini-mədəni irs nümunələrinin bərpası ilə bağlı tədbirlərin Azərbaycanın milli irsinin, eləcə də İslam sivilizasiyasının ayrılmaz hissəsi olan ümumbəşəri mədəni mirasın qorunmasına xidmət etdiyini diqqətə çatdırıb R.Məmmədov çıxışında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə Özbəkistan Nazirlər Kabineti yanında Dini Məsələlər Komitəsi, habelə Dövlət Komitəsi tabeliyində Azərbaycan İlahyyat İnstitutu ilə Özbəkistan Beynəlxalq İslam Akademiyası arasında qurulmuş əməkdaşlıq haqqında da danışıb. O, dini maarifləndirmə, radikalizmlə mübarizə, elmi tədqiqatlar və beynəlxalq layihələrin həyata keçirilməsi istiqamətlərində əlaqələrin daha da genişlənəcəyinə ümidvar olduğunu deyib Dövlət Komitəsinin sədri ötən ay Şuşa şəhərində keçirilmiş Türk Dövlətləri Təşkilatına üzv ölkələrin dini məsələlər üzrə dövlət qurumları rəhbərlərinin Birinci Görüşünün əməkdaşlığın inkişaf etdirilməsi üçün yeni perspektivlər yaratdığını vurğulayıb. Bildirib ki, görüşün yekununda qəbul edilmiş Kommunikedə əksini tapan müddəalar Birinci Beynəlxalq İslam Forumunun əsas müzakirə mövzuları ilə səsləşir və İslam sivilizasiyasının sülh, tolerantlıq və maarifçilik dəyərlərinin təşviqinə xidmət edir R.Məmmədov Azərbaycan və Özbəkistanın dövlət başçılarının müəyyən etdiyi strateji baxış əsasında iki ölkənin İslam sivilizasiyasının zəngin irsinin yaşadılması, türk dünyasının həmrəyliyinin möhkəmləndirilməsi və qlobal sülhün təşviqi istiqamətində əməkdaşlığı bundan sonra da uğurla davam etdirəcəyinə əminliyini ifadə edib

Kaynak: 525.az

Diğer Haberler