“Azərbaycan özümü turist kimi hiss etmədiyim ölkədir” - “Star” qəzeti
Dünyanın heç bir ölkəsində vətəndaşlar başqa bir dövlətin bayrağını öz bayraqları ilə yanaşı asmırlar. Biz məhz Azərbaycanda, xüsusilə işğaldan azad olunmuş ərazilərdə bunun şahidi oluruq AZƏRTAC xəbər verir ki, bu fikirlər Türkiyənin “Star” qəzetində dərc olunan “Dünyada yeganə nümunə: iki dövlət

Dünyanın heç bir ölkəsində vətəndaşlar başqa bir dövlətin bayrağını öz bayraqları ilə yanaşı asmırlar. Biz məhz Azərbaycanda, xüsusilə işğaldan azad olunmuş ərazilərdə bunun şahidi oluruq AZƏRTAC xəbər verir ki, bu fikirlər Türkiyənin “Star” qəzetində dərc olunan “Dünyada yeganə nümunə: iki dövlət, bir millət” sərlövhəli məqalədə yer alıb Məqalənin müəllifi Betül Soysal Bozdoğan 44 günlük Vətən müharibəsi zamanı nümayiş etdirilən qəhrəmanlıq salnaməsini xatırladaraq, həmin dövrdə Türkiyənin qardaş Azərbaycanın haqq mübarizəsinə qətiyyətli dəstək verdiyini vurğulayıb “Azərbaycan özümü turist kimi hiss etmədiyim ölkədir. İnsanda elə təəssürat yaranır ki, sanki doğma Türkiyənin bir bölgəsindəsən. Din, dil və mədəniyyət birliyi vahid millət anlayışını təsdiqləyir. Türkiyə və Azərbaycan xalqları türk dilləri ailəsinin ortaq oğuz qrupuna mənsubdur”, – deyə müəllif yazıb Betül Soysal Bozdoğan iki qardaş ölkə arasında əməkdaşlığın çoxşaxəli xarakter daşıdığını vurğulayaraq bildirib ki, hazırda Türkiyə universitetlərində on minlərlə Azərbaycan vətəndaşı təhsil alır “Hər il Türkiyədən təxminən 450 min turist Azərbaycana səfər edir. Azərbaycan bazarında 4 minə yaxın Türkiyə şirkəti fəaliyyət göstərir. Ölkələr arasında ticarət sürətlə inkişaf edir. Türkiyə brendləri Azərbaycanda geniş təqdim olunur”, – deyə müəllif qeyd edib O, Azərbaycana səfəri zamanı ən çox yerli sakinlərin mehribanlığından təsirləndiyini gizlətməyib “Azərbaycan vətəndaşları çox xeyirxah, mehriban, vətənpərvər və qayğıkeşdirlər. Onlar Türkiyəyə böyük maraq göstərirlər. Biz hər bir taksi sürücüsü ilə söhbət etdik. Heç biri laqeyd davranmadı. Azərbaycanda İstanbulun səs-küyündə itirdiyim Anadolu səmimiyyətini hiss etdim”, – deyə Betül Soysal Bozdoğan təəssüratlarını bölüşüb 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Diğer Haberler

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Cəbrayıl rayonunun Şükürbəyli kəndinə köçən sakinlərlə görüşüblər

Latviyada “Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzusunda tədbir təşkil olunub
