Tenqri
Ana Səhifə
Dünya

Azərbaycan və Türkiyə biznes əməkdaşlığının inkişafını müzakirə edib

Azərbaycan və Türkiyə arasında iqtisadi və ticarət əlaqələrinin genişləndirilməsi müzakirə edilib 525.az bu barədə İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir Bildirilib ki, müzakirələr iqtisadiyyat nazirinin müavini Səməd Bəşirli ilə Türkiyənin İsparta Ticarət və Sənaye Palatası İdarə heyətini

0 baxış525.az
Azərbaycan və Türkiyə biznes əməkdaşlığının inkişafını müzakirə edib
Paylaş:

Azərbaycan və Türkiyə arasında iqtisadi və ticarət əlaqələrinin genişləndirilməsi müzakirə edilib 525.az bu barədə İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir Bildirilib ki, müzakirələr iqtisadiyyat nazirinin müavini Səməd Bəşirli ilə Türkiyənin İsparta Ticarət və Sənaye Palatası İdarə heyətinin sədri Metin Çelik ilə görüşündə edilib Görüşdə Azərbaycan ilə Türkiyə arasında iqtisadi və ticarət əlaqələrinin mövcud vəziyyəti və genişləndirilməsi imkanları ətrafında fikir mübadiləsi aparılıb. Tərəflər iki qardaş ölkə arasında biznes əlaqələrinin daha da inkişaf etdirilməsinin əhəmiyyətini vurğulayıblar Müzakirələr zamanı sənaye, kənd təsərrüfatı, turizm və digər qarşılıqlı maraq doğuran sahələr üzrə əməkdaşlıq perspektivləri nəzərdən keçirilib, iş adamları arasında əlaqələrin gücləndirilməsi və birgə layihələrin təşviqi imkanları diqqətə çatdırılıb Tərəflər qeyd ediblər ki, bu cür görüşlər Azərbaycan ilə Türkiyə arasında iqtisadi tərəfdaşlığın dərinləşdirilməsinə, qarşılıqlı investisiyaların artmasına və yeni əməkdaşlıq istiqamətlərinin formalaşmasına mühüm töhfə verir

Kaynak: 525.az

Diğer Haberler