Azərbaycan və Böyük Britaniya enerji layihələrinin icrasını müzakirə edib
Azərbaycan və Böyük Britaniya arasında birgə həyata keçirilən neft-qaz və "yaşıl enerji" layihələrinin icrasına, həmçinin bu ölkənin şirkətləri ilə "yaşıl enerji dəhlizi" layihələri üzrə əməkdaşlığa dair müzakirələr aparılıb "Report" Energetika Nazirliyinə istinadən xəbər verir ki, bu barədə müzaki

Azərbaycan və Böyük Britaniya arasında birgə həyata keçirilən neft-qaz və "yaşıl enerji" layihələrinin icrasına, həmçinin bu ölkənin şirkətləri ilə "yaşıl enerji dəhlizi" layihələri üzrə əməkdaşlığa dair müzakirələr aparılıb "Report" Energetika Nazirliyinə istinadən xəbər verir ki, bu barədə müzakirələr nazir Pərviz Şahbazov Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Fergus Auldu diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edən zaman aparılıb Nazir səfir Fergus Auldun ölkəmizdəki diplomatik fəaliyyəti dövründə Azərbaycanla Böyük Britaniya arasında münasibətlərin, o cümlədən enerji əməkdaşlığının inkişafına verdiyi töhfəyə görə təşəkkürünü bildirib Görüşdə birgə həyata keçirilən neft-qaz və "yaşıl enerji" layihələrinin icrasına, həmçinin Böyük Britaniya şirkətləri ilə "yaşıl enerji dəhlizi" layihələri üzrə əməkdaşlığa dair müzakirələr aparılıb. Azərbaycanla Birləşmiş Krallıq arasında uzunmüddətli enerji tərəfdaşlığından məmnunluq ifadə edilib Görüşdə Azərbaycan və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının hökumətləri arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın növbəti iclasının Bakıda keçirilməsindən irəli gələn məsələlər ətrafında da fikir mübadiləsi edilib Söhbət zamanı Britaniya tərəfi "Bakı Enerji Həftəsi" çərçivəsində keçiriləcək tədbirlərdə geniş tərkibdə iştiraka dəvət olunub Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir


