Tenqri
Ana Səhifə
Dünya

Azərbaycan və Belarusun hərbi informasiya sahəsində nümayəndələrinin işçi görüşü keçirilib

Minsk şəhərində Azərbaycan və Belarusun Müdafiə nazirliklərinin hərbi informasiya sahəsində nümayəndələrinin işçi görüşü keçirilib Bu barədə "Report"a Müdafiə Nazirliyindən məlumat verilib Bildirilib ki, görüşdə Müdafiə Nazirliyinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi - mətbuat kati

0 baxışreport.az
Azərbaycan və Belarusun hərbi informasiya sahəsində nümayəndələrinin işçi görüşü keçirilib
Paylaş:

Minsk şəhərində Azərbaycan və Belarusun Müdafiə nazirliklərinin hərbi informasiya sahəsində nümayəndələrinin işçi görüşü keçirilib Bu barədə "Report"a Müdafiə Nazirliyindən məlumat verilib Bildirilib ki, görüşdə Müdafiə Nazirliyinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi - mətbuat katibi polkovnik Anar Eyvazov Azərbaycan Ordusunun Qələbəsi ilə nəticələnən 44 günlük Vətən Müharibəsi, antiterror və digər döyüş əməliyyatları zamanı informasiya təminatı və dezinformasiyalara qarşı aparılan mübarizə tədbirlərindən danışıb Tərəflər, həmçinin strateji kommunikasiyalar sahəsində əməkdaşlıq, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparıblar Səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti "Xatın" memorial kompleksini ziyarət edib, Belarus Silahlı Qüvvələrinin hərbi informasiya agentiliyi "Vayar" və "VoenTV", eləcə də bir sıra mədəniyyət mərkəzlərinin fəaliyyəti ilə tanış olub Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir

Kaynak: report.az

Diğer Haberler