Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci il 11 aprel tarixli 107 nömrəli Qərarı ilə təsdiq edilmiş “Aviasiya personalına şəhadətnamələrin, vəsiqələrin və ya sertifikatların verilməsi və digər dövlətdə verilmiş analoji sənədlərin tanınması Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI
Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci il 11 aprel tarixli 107 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci il 11 aprel tarixli 107 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2025, № 4 (I kitab), maddə 395) ilə təsdiq edilmiş “Aviasiya personalına şəhadətnamələrin, vəsiqələrin və ya sertifikatların verilməsi və digər dövlətdə verilmiş analoji sənədlərin tanınması Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin: “32.1. Ərizəçinin müraciəti əsasında Agentlik onun digər üzv dövlət tərəfindən verilmiş şəhadətnaməsini Konvensiya, Konvensiyaya 1 nömrəli Əlavə və “Doc 9379, dövlətin aviasiya personalının sertifikatlaşdırma sisteminin yaradılması və idarə olunması üzrə prosedurlara dair vəsait” sənədinin tələblərinə uyğun olaraq Azərbaycan Respublikasının aviasiya personalına məxsus şəhadətnaməyə konvertasiya etmək hüququna malikdir.” “32.4. Konvertasiya prosesində Agentlik ərizəçidən onun mövcud şəhadətnaməsinə uyğun olaraq əlavə təlim və ya imtahanlardan keçməyi tələb etmək hüququna malikdir.” 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


