Azərbaycan nümayəndə heyəti Qazaxıstanın Milli Tədqiqat Texniki Universitetinin fəaliyyəti ilə tanış olub
Elm və təhsil naziri Emin Əmrullayevin rəhbərlik etdiyi nümayəndə heyəti Qazaxıstanın Almatı şəhərinə səfəri çərçivəsində aprelin 7-də Satbayev adına Qazax Milli Tədqiqat Texniki Universitetini ziyarət edərək universitetin rəhbər heyəti ilə görüşüb Bu barədə AZƏRTAC-a Elm və Təhsil Nazirliyindən mə

Elm və təhsil naziri Emin Əmrullayevin rəhbərlik etdiyi nümayəndə heyəti Qazaxıstanın Almatı şəhərinə səfəri çərçivəsində aprelin 7-də Satbayev adına Qazax Milli Tədqiqat Texniki Universitetini ziyarət edərək universitetin rəhbər heyəti ilə görüşüb Bu barədə AZƏRTAC-a Elm və Təhsil Nazirliyindən məlumat verilib. Görüş çərçivəsində tərəflər arasında ali təhsil və tədqiqat sahəsində birgə təşəbbüslərin həyata keçirilməsi imkanları müzakirə edilib, o cümlədən universitetin maddi-texniki bazası ilə tanışlıq olub Daha sonra elm və təhsil naziri Emin Əmrullayev akademik mobillik proqramı çərçivəsində Qazaxıstanda təhsil alan Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin tələbələri ilə görüşüb 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


