Şimali Makedoniya - Azərbaycan matçının hakimləri bilindi
Qadın futbolçulardan ibarət komandalar arasında dünya çempionatının seçmə mərhələsi çərçivəsində C Liqasının 3-cü qrupunda keçiriləcək Şimali Makedoniya - Azərbaycan oyununa hakim təyinatları açıqlanıb 525.az xəbər verir ki, Bitola şəhərində baş tutacaq qarşılaşma Gürcüstandan olan hakimlər briqada

Qadın futbolçulardan ibarət komandalar arasında dünya çempionatının seçmə mərhələsi çərçivəsində C Liqasının 3-cü qrupunda keçiriləcək Şimali Makedoniya - Azərbaycan oyununa hakim təyinatları açıqlanıb 525.az xəbər verir ki, Bitola şəhərində baş tutacaq qarşılaşma Gürcüstandan olan hakimlər briqadasına tapşırılıb Oyunun baş hakimi Teona Sturua olacaq. Ona yan xətt hakimləri Elene Eloşvili və Sopo Tsuluya kömək edəcəklər. Görüşün dördüncü hakimi funksiyasını isə Tamta Şengeliya yerinə yetirəcək Qeyd edək ki, "Petar Miloşevski" stadionunda keçiriləcək Şimali Makedoniya - Azərbaycan oyunu sabah Bakı vaxtı ilə saat 21:00-da başlayacaq


