Tenqri
Ana Səhifə
İdman

Azərbaycan idmançıları Gürcüstanda keçirilən beynəlxalq turnirdə medal qazanıblar

Gürcüstanın paytaxtı Tbilisidə keçirilən "Mixeil Xergiani Cup 2026" beynəlxalq idman dırmanması turniri Azərbaycan idmançıları üçün uğurla başa çatıb "Report" xəbər verir ki, Azərbaycan Alpinizm Federasiyasının idmançıları boulderinq növü üzrə bir gümüş və bir bürünc medal qazanıblar Turnirdə Gürc

0 baxışreport.az
Azərbaycan idmançıları Gürcüstanda keçirilən beynəlxalq turnirdə medal qazanıblar
Paylaş:

Gürcüstanın paytaxtı Tbilisidə keçirilən "Mixeil Xergiani Cup 2026" beynəlxalq idman dırmanması turniri Azərbaycan idmançıları üçün uğurla başa çatıb "Report" xəbər verir ki, Azərbaycan Alpinizm Federasiyasının idmançıları boulderinq növü üzrə bir gümüş və bir bürünc medal qazanıblar Turnirdə Gürcüstan, Azərbaycan, Türkiyə, Rusiya, Ukrayna və Ermənistan idmançıları mübarizə aparıblar. Azərbaycan yığması yarışda məşqçi Çingiz Tağızadənin rəhbərliyi altında dörd - iki kişi və iki qadın idmançı ilə təmsil olunub. Komandanın bütün üzvləri təsnifat mərhələsini uğurla adlayaraq final mərhələsinə yüksəliblər Qadınlar arasında Leyla Əhmədova gümüş medala yiyələnib. Kişilər arasında isə Nazim Yusifzadə bürünc medal qazanıb Qeyd edək ki, "Mixeil Xergiani Cup" Gürcüstan Alpinizm Federasiyasının təşkilatçılığı ilə keçirilən beynəlxalq idman dırmanması turniridir. Yarış boulderinq növü üzrə təşkil olunur və reqlamentə əsasən, final mərhələsində qadınlar və kişilər arasında təsnifat mərhələsinin nəticələrinə görə ən güclü səkkiz idmançı mübarizə aparır Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir

Kaynak: report.az

Diğer Haberler