Azərbaycan hərbçiləri "EFES-2026"da dənizdən sahilə hücum tapşırığını icra ediblər
Türkiyədə keçirilən "EFES-2026" çoxmillətli birgə müştərək təlimi çərçivəsində növbəti tapşırıqlar tamamlanıb Bu barədə "Report"a Müdafiə Nazirliyindən məlumat verilib Bildirilib ki, təlim planına uyğun olaraq, iştirakçı ölkələrin hərbi qulluqçuları dənizdən sahilə hücum tapşırığını icra ediblər

Türkiyədə keçirilən "EFES-2026" çoxmillətli birgə müştərək təlimi çərçivəsində növbəti tapşırıqlar tamamlanıb Bu barədə "Report"a Müdafiə Nazirliyindən məlumat verilib Bildirilib ki, təlim planına uyğun olaraq, iştirakçı ölkələrin hərbi qulluqçuları dənizdən sahilə hücum tapşırığını icra ediblər Yüksəksürətli katerlərlə sahildə yerləşən şərti düşmən mövqelərinə yaxınlaşan qruplar, intensiv atəş dəstəyi altında quruya çıxıb, istehkamları dəf edərək müdafiə mövqelərini qısa müddətdə zərərsizləşdiriblər Aparılan effektiv əməliyyat nəticəsində sahil xətti tam təmizlənib və desant qüvvələrinin quruya çıxması üçün təhlükəsiz şərait yaradılıb Azərbaycan hərbçiləri "EFES-2026"da dənizdən sahilə hücum tapşırığını icra ediblər Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir

