Tenqri
Ana Səhifə
Dünya

Azərbaycan dövlətinə və xalqına qarşı ağır cinayətlər törətmiş Zori Balayan ölüb

Azərbaycan dövlətinə və xalqına qarşı bir sıra ağır cinayətlər (soyqırımı, terror və s.) törətmiş Zori Balayan ölüb AZƏRTAC xəbər verir ki, onun ölümü ilə bağlı məlumatı Ermənistan mediası Z.Balayanın oğluna istinadla yayıb Qeyd edək ki, Z.Balayan ölkəmizə qarşı daim düşmən münasibəti bəsləyib və

0 baxışazertag.az
Azərbaycan dövlətinə və xalqına qarşı ağır cinayətlər törətmiş Zori Balayan ölüb
Paylaş:

Azərbaycan dövlətinə və xalqına qarşı bir sıra ağır cinayətlər (soyqırımı, terror və s.) törətmiş Zori Balayan ölüb AZƏRTAC xəbər verir ki, onun ölümü ilə bağlı məlumatı Ermənistan mediası Z.Balayanın oğluna istinadla yayıb Qeyd edək ki, Z.Balayan ölkəmizə qarşı daim düşmən münasibəti bəsləyib və ağır cinayət əməlləri törədib. Onunla bağlı Azərbaycanda cinayət işi başlanılıb. Belə ki, 1980-ci illərin əvvəllərində yazdığı “Ocaq” adlı kitabda o, Qarabağın və Naxçıvanın “qədim erməni torpağı” olduğunu iddia edib. Balayan, həmçinin kitabda türkləri və azərbaycanlıları düşmən elan edib Bundan başqa, Z.Balayan “Miatsum” “hərəkatı”nın liderlərindən biri olub. O, Azərbaycanın vaxtilə Ermənistan silahlı qüvvələrinin işğalı altında saxlanılan ərazilərində qondarma rejimin yaradılmasında və silahlı birləşmələrin fəaliyyətinin koordinasiyasında yaxından iştirak edib Z.Balayan həm də 1992-ci ilin fevralında Xocalıda dinc əhaliyə qarşı törədilmiş soyqırımının birbaşa təşkilatçılarından və icraçılarından biri olub 1994-cü il iyulun 3-də Bakı metrosunda - metronun “Gənclik” və “28 May” stansiyaları arasında baş vermiş terrorun sifarişçisi olub. Partlayış nəticəsində 12 nəfər həlak olur, 42 nəfər isə yaralanıb. Sonradan məhkəmədə terror hadisəsini törətmək barədə göstərişin Z.Balayan tərəfindən verildiyi məlum olub 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Kaynak: azertag.az

Diğer Haberler