Tenqri
Ana Səhifə
Dünya

Azərbaycan boksçuları Serbiyada 13 medal qazanıblar

Serbiyanın Vrbas şəhərində yeniyetmə boksçular arasında keçirilən Millətlər Kuboku başa çatıb AZƏRTAC xəbər verir ki, 8 ölkənin qatıldığı beynəlxalq turnirə 13 idmançı ilə yollanan Azərbaycan millisinin hər bir üzvü medal qazanıb Vaqif Kazımovun baş məşqçisi olduğu U-17 komandanın heyətində Rüstəm

0 baxışazertag.az
Azərbaycan boksçuları Serbiyada 13 medal qazanıblar
Paylaş:

Serbiyanın Vrbas şəhərində yeniyetmə boksçular arasında keçirilən Millətlər Kuboku başa çatıb AZƏRTAC xəbər verir ki, 8 ölkənin qatıldığı beynəlxalq turnirə 13 idmançı ilə yollanan Azərbaycan millisinin hər bir üzvü medal qazanıb Vaqif Kazımovun baş məşqçisi olduğu U-17 komandanın heyətində Rüstəm Nəsibov (50 kiloqram), İsmayıl Nəsirzadə (52 kiloqram), Əli Abaslı (60 kiloqram), Vəkil Qurbanov (63 kiloqram), Hidayət Məmmədov (70 kiloqram), Yusif Ağakişiyev (75 kiloqram) və Mehran Rəsulov (+80 kiloqram) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar Aydın Şahbazov (46 kiloqram), Nihat Məmmədli (48 kiloqram), Əli Camalzadə (57 kiloqram), Şükar Əliyev (80 kiloqram) gümüş, Həsrət Məmmədov (46 kiloqram) və Elcan Musazadə (54 kiloqram) bürünc medala sahib olublar 7 qızıl, 4 gümüş və 2 bürünc medal qazanan Azərbaycan millisi komanda hesabında birinci yeri tutub. Vəkil Qurbanov yarışın ən yaxşı xarici boksçusu, Fərhad Rəhmanov ən yaxşı hakimi seçilib 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Kaynak: azertag.az

Diğer Haberler