Tenqri
Ana Səhifə
Dünya

Azərbaycan AQEM Yüksək Səviyyəli Şəxslər Komitəsinin növbəti iclasına sədrlik edib

Aprelin 7-də Astana şəhərində Asiyada Qarşılıqlı Əməkdaşlıq və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Katibliyinin inzibati binasında Azərbaycanın sədrliyi ilə AQEM Yüksək Səviyyəli Şəxslər Komitəsinin növbəti iclası keçirilib Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a veril

0 baxışazertag.az
Azərbaycan AQEM Yüksək Səviyyəli Şəxslər Komitəsinin növbəti iclasına sədrlik edib
Paylaş:

Aprelin 7-də Astana şəhərində Asiyada Qarşılıqlı Əməkdaşlıq və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Katibliyinin inzibati binasında Azərbaycanın sədrliyi ilə AQEM Yüksək Səviyyəli Şəxslər Komitəsinin növbəti iclası keçirilib Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a verilən məlumata görə, Komitənin iclasında Azərbaycanın “Daha güclü AQEM: rəqəmsallaşma, bağlantılar və Asiyada dayanıqlı inkişaf” mövzusunda AQEM-ə Sədrliyi çərçivəsində aktiv fəaliyyəti, müxtəlif əməkdaşlıq istiqamətləri üzrə atılan addımlar nəzərdən keçirilib. Həmçinin üzv dövlətlər arasında qarşılıqlı əməkdaşlığın əsas istiqamətləri müzakirə olunub Sədrlik tərəfindən AQEM-in beynəlxalq təşkilata transformasiyası gündəliyində gedən inkişaf, o cümlədən müvafiq Nizamnamə layihəsi üzrə aparılan danışıqların gedişatı barədə məlumat təqdim edilib Tədbirdə AQEM-in hərbi-siyasi ölçüsü üzrə etimad tədbirlərinin icrası istiqamətində illik qiymətləndirmə aparılıb. Üzv dövlətlər tərəfindən hərbi-siyasi sahədə əməkdaşlığın inkişafı və bu istiqamətdə AQEM-in çoxtərəfli hərbi təhlükəsizlik platforması kimi rolu nəzərdən keçirilib İclasda AQEM-in Beyin Mərkəzləri Forumu üzrə Fəaliyyət Planı layihəsi müzakirə edilib və AQEM-in müxtəlif ölçüləri üzrə etimad qurucu tədbirlərinin icrasına dair konsepsiya sənədləri nəzərdən keçirilib, “Kiçik və Orta biznesin inkişafına dair” konsepsiya sənədi qəbul edilib Bundan əlavə, AQEM məkanında qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Kaynak: azertag.az

Diğer Haberler