Azərbaycan şahmatçısı beynəlxalq turnirdə çempionluğu təmin edib
Özbəkistanda təşkil olunan "UzChess Cup" ənənəvi beynəlxalq şahmat turniri sona yaxınlaşır AZƏRTAC xəbər verir ki, son tur ərəfəsində "Challenge" bölməsində qalib məlum olub. 7 turda maksimum xal toplayan Azərbaycan çempionu Məhəmməd Muradlı birinci pillədə yerini təmin edib. Aktivində 7 xal olan M

Özbəkistanda təşkil olunan "UzChess Cup" ənənəvi beynəlxalq şahmat turniri sona yaxınlaşır AZƏRTAC xəbər verir ki, son tur ərəfəsində "Challenge" bölməsində qalib məlum olub. 7 turda maksimum xal toplayan Azərbaycan çempionu Məhəmməd Muradlı birinci pillədə yerini təmin edib. Aktivində 7 xal olan M.Muradlı sabah son turda Özbəkistan şahmatçısı Jakhongir Vakhidovla mübarizə aparacaq Nəticədən asılı olmayaraq Məhəmməd Muradlı yarışda birinci pilləni qoruyacaq 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


