Azərbaycan futzal üzrə Avropa çempionatında finala yüksəlib - VİDEO
Mini-futbol üzrə Azərbaycan milli komandası Bratislavada (Slovakiya) keçirilən Avropa çempionatında finala yüksəlib Day.Az İdman.Biz-ə istinadən xəbər verir ki, yarımfinalda Azərbaycan yığması Serbiya komandası ilə qarşılaşıb Əsas vaxt heç-heçə başa çatıb - 1:1. 12-ci dəqiqədə Xətai Bağırov hesa

Mini-futbol üzrə Azərbaycan milli komandası Bratislavada (Slovakiya) keçirilən Avropa çempionatında finala yüksəlib Day.Az İdman.Biz-ə istinadən xəbər verir ki, yarımfinalda Azərbaycan yığması Serbiya komandası ilə qarşılaşıb Əsas vaxt heç-heçə başa çatıb - 1:1. 12-ci dəqiqədə Xətai Bağırov hesabı açıb. Qalib azərbaycanlı futbolçuların daha dəqiq olduğu penaltilər seriyasında müəyyənləşib - 3:1 Oyunsonrası seriyada Elvin Əlizadə, Təmkin Xəlilzadə və Ramiz Çovdarov dəqiq zərbələr endiriblər Azərbaycan yığması Avropa çempionatının finalında digər yarımfinalda Macarıstanı 5:1 hesabı ilə inamla məğlub edən Ukrayna ilə qarşılaşacaq Azərbaycan komandası həlledici oyuna gedən yolda Avstriya (1:0), İtaliya (3:0), Fransa (3:2), Qazaxıstan (3:2) və Çexiya (5:2) yığmalarını da məğlub edib Xatırladaq ki, Azərbaycan millisi 2022-ci ilin Avropa çempionudur Mətndə xəta gördünüz? Mətni seçin və klaviaturanızda Ctrl + Enter düymələrini basaraq bizə bildirin


