Aİ və Qazaxıstan Transxəzər Nəqliyyat Marşrutu üzrə əməkdaşlığı gücləndirir
Seminar Avropa və Mərkəzi Asiya arasında nəqliyyat əlaqələrinin gücləndirilməsi üçün irəliləyişləri nəzərdən keçirmək və növbəti addımları müzakirə etmək üçün dövlət qurumlarının, beynəlxalq maliyyə institutlarının, milli şirkətlərin, inkişaf tərəfdaşlarının və özəl sektorun nümayəndələrini bir aray

Seminar Avropa və Mərkəzi Asiya arasında nəqliyyat əlaqələrinin gücləndirilməsi üçün irəliləyişləri nəzərdən keçirmək və növbəti addımları müzakirə etmək üçün dövlət qurumlarının, beynəlxalq maliyyə institutlarının, milli şirkətlərin, inkişaf tərəfdaşlarının və özəl sektorun nümayəndələrini bir araya gətirib. Seminara Qazaxıstanın nəqliyyat nazirinin müavini Talqat Lastayev və Aİ-nin Qazaxıstandakı səfiri Aleska Simkiç həmsədrlik ediblər Tədbir 2026-cı il iyunun 23-nə planlaşdırılan Transxəzər Nəqliyyat Marşrutu üzrə yüksək səviyyəli görüşdən əvvəl baş tutub Səfir Simkiç bildirmişdir ki, Aİ-nin 30 milyon avro dəyərində Transxəzər Nəqliyyatına Dəstək Proqramı və digər layihələr vasitəsilə Avropa İttifaqı Aktau limanında qurğuların modernləşdirilməsinə və Beyneu-Sekseul yolunun hərtərəfli yenilənməsinə hazırlıqlara dəstək verir, həmçinin transsərhəd prosedurların yaxınlaşması və rəqəmsallaşdırılmasına kömək edir. O əlavə edib ki, Aİ bankları və biznes qurumları, Aİ üzv dövlətləri və Mərkəzi Asiya tərəfdaşları ilə birlikdə dəhlizin daha sürətli və etibarlı olması istiqamətində konkret uğurlar əldə edirlər Qeyd olunur ki, Qazaxıstan Avrasiyanın əsas nəqliyyat qovşağı kimi mühüm rol oynayır. Son illərdə marşrut boyu yüklərin həcmi 3,5 dəfədən çox artıb, müxtəlif infrastruktur layihələri və təkmilləşdirilmiş nəqliyyat prosesləri sayəsində Çin və Avropa arasında tranzit müddəti əhəmiyyətli dərəcədə azalıb. 2024-cü ildən Avropa İttifaqı və beynəlxalq maliyyə institutları regionda konkret layihələr üçün təxminən 2,5 milyard avro ayırıblar Seminar zamanı iştirakçılar Aktau və Kurık limanlarının modernləşdirilməsi, əsas TİTR dəhlizləri boyunca avtomobil, dəmir yolu və logistika infrastrukturunun inkişafı, özəl investisiyaların səfərbər edilməsi və dəhlizin səmərəliliyinin daha da artırılması üçün digər tədbirləri müzakirə ediblər Görüşü yekunlaşdıran iştirakçılar Transxəzər Nəqliyyat Marşrutunun Avrasiyanın əsas ticarət və nəqliyyat arteriyalarından biri kimi rolunu daha da gücləndirmək üçün infrastrukturun inkişafı, rəqəmsal transformasiya, tənzimləmənin təkmilləşdirilməsi və yeni investisiya layihələrində davamlı əməkdaşlığa sadiq olduqlarını bir daha təsdiq etdilər Bundan əvvəl prezident Kasım-Jomart Tokayev kiprli tərəfdaşları Transxəzər Dəhlizi layihəsinə qoşulmağa dəvət edib
