Azərbaycan Efiopiyada investisiya imkanlarını təqdim edib - FOTO
Efiopiya Azərbaycanın əlverişli biznes və investisiya mühitini, inkişaf etmiş qeyri-neft sektorunu və regional iqtisadi əməkdaşlıq imkanlarını təqdim edir Bu barədə AZƏRTAC -a İqtisadiyyat Nazirliyindən məlumat verilib Bildirilib ki, Azərbaycan nümayəndə heyətinin Efiopiyaya səfəri çərçivəsində iq

Efiopiya Azərbaycanın əlverişli biznes və investisiya mühitini, inkişaf etmiş qeyri-neft sektorunu və regional iqtisadi əməkdaşlıq imkanlarını təqdim edir Bu barədə AZƏRTAC -a İqtisadiyyat Nazirliyindən məlumat verilib Bildirilib ki, Azərbaycan nümayəndə heyətinin Efiopiyaya səfəri çərçivəsində iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev su və energetika naziri Habtamu İtefa Gelet ilə görüşüb. Görüşdə enerji, su ehtiyatlarının idarə edilməsi və bərpa olunan enerji mənbələri sahələrində əməkdaşlıq imkanları müzakirə olunub. Tərəflər yaşıl enerji və davamlı inkişaf sahəsində təcrübə mübadiləsinin vacibliyini vurğulayıblar Efiopiyanın Dövlət Kənd Təsərrüfatı Naziri Deselgn Tashome ilə keçirilən görüşdə kənd təsərrüfatı sektorunda əməkdaşlığın genişləndirilməsi, kənd təsərrüfatı məhsullarının emalı, innovativ texnologiyaların tətbiqi və ərzaq təhlükəsizliyi məsələləri ətrafında fikir mübadiləsi aparılıb Azərbaycan nümayəndə heyəti MESOB Dövlət Xidmətləri Mərkəzinin fəaliyyəti ilə də tanış olub. Mərkəzdə dövlət xidmətlərinin vahid platformada təşkili, rəqəmsal həllər və vətəndaş məmnunluğunun artırılması üçün həyata keçirilən mexanizmlər barədə məlumat verilib


