Tenqri
Ana Səhifə
Dünya

Azərbaycan və İran Arazın suyunu paylaşdı - şəkil

Azərbaycan və İran Araz çayının su ehtiyatlarının iki ölkə arasında bölüşdürülməsi rejimlərini təsdiqləyib, həmçinin suyun keyfiyyətinin monitorinqi və su infrastrukturunun istismarı sahəsində gələcək əməkdaşlığı müzakirə ediblər Dövlət Su Təsərrüfatı Agentliyindən (ADSEA) verilən məlumata görə, m

0 baxışhaqqin.az
Azərbaycan və İran Arazın suyunu paylaşdı - şəkil
Paylaş:

Azərbaycan və İran Araz çayının su ehtiyatlarının iki ölkə arasında bölüşdürülməsi rejimlərini təsdiqləyib, həmçinin suyun keyfiyyətinin monitorinqi və su infrastrukturunun istismarı sahəsində gələcək əməkdaşlığı müzakirə ediblər Dövlət Su Təsərrüfatı Agentliyindən (ADSEA) verilən məlumata görə, müvafiq razılıq iyunun 8-11-də İranda keçirilən Azərbaycan və İranın Araz çayının su və enerji ehtiyatlarından istifadə üzrə daimi birgə komissiyasının 55-ci iclasında əldə olunub Azərbaycan tərəfdən komissiyaya Regional Su Meliorasiya Xidmətinin İdarə Heyətinin sədri Zakir Quliyev, İran tərəfdən isə İranın Energetika Nazirliyinin Sərhəd Çayları üzrə Baş İdarəsinin rəisi Fəribə Averide rəhbərlik edib İclasda Araz çayının su ehtiyatlarının paylanması üzrə iş rejimləri razılaşdırılıb və təsdiq edilib. Nümunə götürülmüş suyun monitorinqi, keyfiyyətinə nəzarət, suyun ölçülməsi üçün müasir cihazların quraşdırılması və digər əməkdaşlıq məsələləri də müzakirə olunub Danışıqların yekunu olaraq tərəflər tərəfindən həyata keçiriləcək birgə işlərin siyahısını özündə əks etdirən yekun protokol imzalanıb

Kaynak: haqqin.az

Diğer Haberler