Tenqri
Ana Səhifə
Dünya

Azərbaycan və Gürcüstan ərzaq təhlükəsizliyini gücləndirir

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təxməzli Gürcüstanın Milli Qida Agentliyinin rəhbəri Giorgi Yakobaşvili ilə görüşüb AQTA-nın mətbuat xidmətindən verilən məlumata görə, görüşdə Azərbaycan və Gürcüstan arasında qida təhlükəsizliyi sahəsində əməkdaşlığın hazırkı vəziyyə

0 baxışhaqqin.az
Azərbaycan və Gürcüstan ərzaq təhlükəsizliyini gücləndirir
Paylaş:

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təxməzli Gürcüstanın Milli Qida Agentliyinin rəhbəri Giorgi Yakobaşvili ilə görüşüb AQTA-nın mətbuat xidmətindən verilən məlumata görə, görüşdə Azərbaycan və Gürcüstan arasında qida təhlükəsizliyi sahəsində əməkdaşlığın hazırkı vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub. Qeyd olunub ki, ötən ilin avqust ayından Gürcüstanın qida təhlükəsizliyinə nəzarət sisteminin ekvivalentliyinin tanınması iki ölkə arasında ticarət əlaqələrinin genişlənməsinə mühüm töhfə verib. Bu qərar Gürcüstanda yüksək riskli qida məhsulları istehsal edən müəssisələrə əlavə qiymətləndirmə prosedurlarından keçmədən Azərbaycana ixrac imkanlarını artırmağa imkan verib Tərəflər ərzaq məhsullarının idxalı, ixracı və tranzitinə nəzarətin daha səmərəli təşkili, o cümlədən mərmər böcəklə mübarizə üzrə birgə tədbirlərin gücləndirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparıblar. Georgi Yakobaşvili iki ölkə arasında əməkdaşlığın daha da genişləndirilməsi üçün böyük potensialın olduğunu vurğulayıb Qarşılıqlı maraq doğuran məsələlər də müzakirə edilib, əməkdaşlığın genişləndirilməsi və institusional əlaqələrin möhkəmləndirilməsi istiqamətində gələcək addımlar müəyyən edilib

Kaynak: haqqin.az

Diğer Haberler