Azərbaycanın İsmayıllıda Dağlıq Şirvan üzrə regional məsləhətləşmə keçirilib (FOTO)
İSMAYILLI, Azərbaycan, 12 iyun. Trend in müxbiri xəbər verir ki, iyunun 12-də İsmayıllıda "Azərbaycan Respublikasında kənd təsərrüfatı istehsalının və emalının, balıqçılığın və akvakulturanın inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı" çərçivəsində Dağlıq Şirvan iqtisadi rayonu üzrə reg

İSMAYILLI, Azərbaycan, 12 iyun. Trend in müxbiri xəbər verir ki, iyunun 12-də İsmayıllıda "Azərbaycan Respublikasında kənd təsərrüfatı istehsalının və emalının, balıqçılığın və akvakulturanın inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı" çərçivəsində Dağlıq Şirvan iqtisadi rayonu üzrə regional məsləhətləşmə başlayıb Müşavirədə Prezidentin köməkçisi, aidiyyəti dövlət qurumlarının rəhbərləri, səlahiyyətli nümayəndələr, yerli icra hakimiyyəti orqanları, fermerlər, sahibkarlar və digər maraqlı tərəflər iştirak ediblər Məsləhətləşmələr zamanı iştirakçılar dövlət proqramının əsas məqsəd və prioritetləri, o cümlədən aqrar sektorda yeni tətbiq edilən dəstək mexanizmləri, su və torpaq ehtiyatlarından səmərəli istifadə, aqrar emal və logistika infrastrukturunun inkişafı, fermerlərin müasir kənd təsərrüfatı xidmətlərinə çıxış imkanlarının genişləndirilməsi, dövlət dəstəyi tədbirləri və digər aktual mövzuları araşdırıblar Bu görüşlər Prezident İlham Əliyevin sədrliyi ilə 25 may 2026-cı il tarixində keçirilən kənd təsərrüfatı müşavirəsində müəyyən edilmiş göstərişlərin icrasını təmin etmək, dövlət proqramında nəzərdə tutulmuş tədbirlərin regionlar üzrə əlaqələndirilmiş, çevik və səmərəli icrasını təmin etmək məqsədilə təşkil olunur Dövlət proqramının icrası ilə bağlı regional məsləhətləşmələrin mərhələli şəkildə ölkənin digər iqtisadi rayonlarında da keçirilməsi nəzərdə tutulur