Azərbaycanın iqtisadiyyat nazirinin birinci müavini SPİEF-də bir sıra görüşlər keçirib (FOTO)
BAKI, Azərbaycan, 7 iyun. Azərbaycanın iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu (SPIEF) çərçivəsində bir sıra görüşlər keçirib, Trend-in Azərbaycanın İqtisadiyyat Nazirliyinə istinadən verdiyi məlumata görə Azərbaycan nümayəndə heyəti Rusiya Dağ

BAKI, Azərbaycan, 7 iyun. Azərbaycanın iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu (SPIEF) çərçivəsində bir sıra görüşlər keçirib, Trend-in Azərbaycanın İqtisadiyyat Nazirliyinə istinadən verdiyi məlumata görə Azərbaycan nümayəndə heyəti Rusiya Dağıstan Respublikasının rəhbəri vəzifəsini icra edən Fyodor Şukin ilə görüşüb. Tərəflər Azərbaycan ilə Dağıstan arasında əməkdaşlığın hazırkı vəziyyəti ilə bağlı fikir mübadiləsi aparıb, onun gələcək inkişaf perspektivlərini müzakirə ediblər Forum çərçivəsində Dağıstan Respublikası Hökumətinin sədri Maqomed Ramazanov ilə də görüş keçirilib. Müzakirələr zamanı Azərbaycan və Dağıstan arasında iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi, sərmayə qoyuluşunun təşviqi, logistika imkanlarından daha səmərəli istifadə, regionlararası əməkdaşlığın inkişaf etdirilməsi məsələləri müzakirə olunub. Bildirilib ki, Azərbaycan Respublikası ilə Rusiya Federasiyasının Dağıstan Respublikası arasında iqtisadi və humanitar əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın fəaliyyətinin genişləndirilməsi ikitərəfli münasibətlərin möhkəmlənməsinə töhfə verə bilər Rusiya İqtisadi İnkişaf nazirinin müavini Vladimir İliçev ilə görüşdə tərəflər Azərbaycan-Rusiya Hökumətlərarası Komissiyası çərçivəsində həyata keçirilən fəaliyyətlərə dair fikir mübadiləsi aparıb, regionlararası əməkdaşlığın genişləndirilməsi perspektivlərini müzakirə ediblər. Qarşılıqlı investisiyaların cəlb edilməsi, ticarət əlaqələrinin genişləndirilməsi, birgə layihələrin həyata keçirilməsinin vacibliyi vurğulanıb. Bundan əlavə, Azərbaycan tərəfi ixrac əməkdaşlığının genişləndirilməsinə və ticarət həcminin artırılmasına kömək etmək üçün ixrac potensialına malik məhsulların siyahısını təqdim edib Türkiyə Respublikasının ticarət nazirinin müavini Sezai Uçarmak ilə görüşdə Azərbaycan-Türkiyə iqtisadi əlaqələrinin uğurla inkişaf etdiyi vurğulanıb. Tərəflər ikitərəfli ticarət dövriyyəsinin artırılması, elektron ticarət, investisiya və logistika sahələrində əməkdaşlığın genişləndirilməsi, işgüzar dairələr arasında əlaqələrin gücləndirilməsi, nəqliyyat layihələrinin irəli sürülməsi, yeni qarşılıqlı faydalı təşəbbüslər üçün imkanların araşdırılması məsələlərini müzakirə ediblər Kareliya Respublikasının rəhbəri Artur Parfençikov ilə danışıqlar zamanı tərəflər ticarət-iqtisadi əlaqələrin inkişaf perspektivlərini, sənayedə əməkdaşlıq imkanlarını, milli-mədəni birliklər arasında qarşılıqlı əlaqələrin genişləndirilməsini nəzərdən keçiriblər Tərəflər iqtisadi əlaqələrlə yanaşı, humanitar və mədəni əməkdaşlığın da regionlararası tərəfdaşlıq əlaqələrinin möhkəmlənməsinə töhfə verdiyini vurğulayıblar Rusiyanın Həştərxan vilayətinin qubernatoru İqor Babuşkin ilə görüşdə Azərbaycan ilə Həştərxan vilayəti arasında gələcək əməkdaşlığın perspektivləri müzakirə olunub. Nəqliyyat və logistika əlaqələrinin gücləndirilməsinə, Xəzər regionunda iqtisadi əməkdaşlığın genişləndirilməsinə, ticarət dövriyyəsinin artırılmasına, işgüzar dairələr arasında əlaqələrin təşviqinə xüsusi diqqət yetirilib Elnur Əliyev Krasnoyarsk diyarı qubernatorunun birinci müavini və Qubernator Administrasiyasının rəhbəri Sergey Ponomarenko ilə də görüşüb. Görüşdə ticarət-iqtisadi və sənaye əməkdaşlığının inkişafı, investisiyaların təşviqi, regionlararası əlaqələrin genişləndirilməsi məsələləri müzakirə olunub. Tərəflər müxtəlif sahələrdə əməkdaşlıq üçün mövcud imkanları nəzərdən keçirib, ikitərəfli əməkdaşlığın səmərəliliyinin artırılmasına kömək edə biləcək mexanizmlər və alətlər barədə fikir mübadiləsi aparıblar


